Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:23

Venesuelada müxalifət liderinin köməkçisi saxlanıb


Juan Guaido Roberto Marrero-nun iqamətgahından çıxır

Venesuela müxalifətinin lideri Juan Guaido-nun köməkçisini hökumət agentləri saxlayıb. Birləşmiş Ştatlar bunun “cavabsız qalmayacağı” barədə xəbərdarlıq edib.

Martın 22-də baş vermiş insident bu Cənubi Amerika ölkəsində siyasi qarşıdurmanı gücləndirib.

ABŞ Prezidenti Donald Trump-ın milli təhlükəsizlik müşaviri John Bolton Roberto Marreronu dərhal azadlığa buraxmağa çağırıb.

“Maduro daha bir səhv edib”, – Bolton Twitter-də yazıb. O, həbsin “cavabsız qalmayacağını” deyib.

Guaido yanvarda özünü aralıq dövr prezidenti adlandırıb, Nicolas Maduronun ötən il saxta yolla prezident seçildiyini deyib.

Birləşmiş Ştatlar və onlarla Qərb ölkəsi Guaido-nu qanuni prezident kimi tanıyıb.

Maduronu isə Rusiya, Çin, Kuba və bir sıra digər ölkələr dəstəkləyir.

ABŞ rəsmiləri dəfələrlə Maduroya xəbərdarlıq ediblər ki, Guaido və yaxın ətrafına toxunmasınlar, amma onların hansı addım ata biləcəyi bəlli deyil.

Hakimiyyət yanvardan bəri antihökumət nümayişlərindən dolayı mindən artıq adamı saxlayıb. İnsan haqları qrupları bu həbslərin çoxunun qanunsuz olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG