Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 18:47

Rusiya səfiri Çexiya XİN-ə çağrılıb


Praqada Rusiya səfirliyi

Çexiyanın Xarici İşlər Nazirliyi Rusiya səfirini danışıqlara çağırıb. Səbəb Praqadakı Rusiya diplomatik mənzillərinin kirayəyə verilməsi ətrafında yaranmış qalmaqaldır.

Nazirlik martın 21-də yaydığı bəyanatda bildirir ki, Aleksandr Zmeievsky “Rusiya Federasiyası səfirliyinə məxsus bəzi əmlakdakı ciddi problemlərə diqqət çəkmək üçün” çağrılıb.

Bundan öncə Çexiya mediası yazıb ki, Rusiyanın ölkədən kənardakı əmlakına cavabdeh hökumət agentliyi Praqada diplomatik personal üçün nəzərdə tutulmuş mənzilləri sıravi vətəndaşlara qeyri-adi şərtlərlə kirayə verir.

Current Time yazıb ki, agentlik mənzillərdə uzun müddət yaşamış sakinləri evləri tərk etmələrindən ötrü qorxudur.

Bir gün öncə Rusiyanın Xarici İşlər Nazirliyi də Çexiyanın Moskvadakı səfirliyini çağırdığını, “bu ssenari ətrafındakı qeyri-sağlam mühiti müzakirə etdiyini” bildirmişdi.

Kirəçilərdən biri Aleksandr Stepanov Current Time-a deyib ki, ona rusca yazılmış icarə müqaviləsini oxumağa icazə verməyiblər, əvəzində mənzil sahibi deyib ki, sənədin yalnız fotosu çəkə bilər.

Başqa bir sakin yaşadığı mənzildə qazın söndürüldüyünü, pişiyinin oğurlandığını deyib, bunu qorxutma kampaniyası adlandırıb.

XS
SM
MD
LG