Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:01

BMT məhkəməsinin Karadzic-lə bağlı qərarını alqışlayırlar


Belqradda məhkəmə prosesini izləyirlər
Belqradda məhkəmə prosesini izləyirlər

Serebrenitsa qırğını qurbanlarının qohumları BMT məhkəməsinin dünənki qərarını alqışlayıblar. Martın 20-də Haaqada yerləşən hərbi cinayətlər üzrə tribunal bosniyalı serb hərbi komandiri Radovan Karadzic barədə ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. O, soyqırımı və hərbi cinayətlər ittihamları ilə ömürlük həbsə məhkum edilib.

Məhkəmə Karadzic-in 40 illik həbs cəzasını ömürlüklə əvəzləyib.

Karadzic 1995-ci ilin iyulunda Serebrenitsada 8 mindən artıq müsəlman kişi və oğlanın Bosniya serb qüvvələri tərəfindən qətlindəki roluna görə təqsirli bilinib.

Bu, 2-ci Dünya müharibəsindən bəri Avropada törədilən ən qəddar cinayət sayılır.

Serebrenitsa qətliamından salamat çıxmış onlarla adam məhkəmə prosesini Potosari memorialında izləyib.

Bosniyada Radovan Karadzic-ə həsr olunmuş qrafiti
Bosniyada Radovan Karadzic-ə həsr olunmuş qrafiti

“BAŞQA BİR HÖKM BİZİ ÖLDÜRƏRDİ”

“Buna görə Allaha çox şükür, başqa bir hökm bizi öldürərdi”, – 22 yaşlı oğlunun qətliamda öldürüldüyünü deyən Bida Osmanovic söyləyib.

Atasının Serebrenitsada qətlə yetirildiyini deyən Nedzad Avdic hökmü vacib sayır, çünki onun sözlərinə görə, bir çox etnik serb bu cinayətin miqyasını kiçiltməyə çalışır.

“Bu hökm geciksə də, bizimçün çox vacib gündür, çünki bunun genosid olduğunu dananların sayı artır”, – o vurğulayıb.

Amma Bosniyada bir çox serblər Karadzic-i öz xalqını qorumuş qəhrəman hesab edirlər.

Bosniyanın üçhissəli prezidentliyindən təmsil olunan serb millətçi Milorad Dodik hökmdən öncə demişdi ki, Haaqa məhkəməsinin legitimliyinə inanmır.

“O, hökmləri ilə barışıq yaratmaq vəzifəsini yerinə yetirmədi”, – Dodik vurğulayıb.

Prezidentliyin xorvat üzvü Zeljko Komsic isə AzadlıqRadiosu-na deyib ki, hökm soyqırımı qurbanlarının qohumlarını “qismən məmnun edir”.

Prezidentliyin bosniyalı üzvü Sefik Dzaferovic isə ədalətin qismən təmin olunduğunu vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG