Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:54

Astanaya Nursultan adının verilməsinə etiraz edənlər saxlandılar


Hadisə yeri
Hadisə yeri

Qazaxıstan paytaxtında polis 20-dək adamı saxlayıb. Onlar paytaxt Astananın adının Nursultan qoyulmasına etiraz ediblər.

Hadisə yerində olan müxbirlərin məlumatına görə, mitinq iştirakçıları və şəhərin adının dəyişdirilməsini dəstəkləyənlər arasında dava-dalaş başlayınca polis müdaxilə edərək etirazçılardan bir neçəsini saxlayıb.

Artıq internetdə şəhərin adının (xalqla legitimi müzakirə aparılmadan) dəyişdirilməsinə qarşı minimum iki petisiya yaradılıb. Onlardan birinə 2 minədək, digərinə 29 mindən artıq səs verilib.

Nursultan Nazarbaev
Nursultan Nazarbaev

Martın 20-də Qazaxıstan parlamenti Astananın adının Nursultan qoyulmasını iki oxunuşda təsdiqləyib. Bu təklifi həmin gün prezident postunda and içən Qasym-Zhomart Toqaev verib.

Bu, son 25 ildə ikinci addəyişmə olacaq. 1961-ci ilədək Akmolinsk, 1992-ci ilədək Selinoqrad, 1992-97-ci illərdə Akmola adlanan şəhərə 1998-ci ildə Astana adı verilib.

Nursultan Nazarbaev martın 19-da prezidentlik postundan istefa verib. Tokaev 2020-ci ilədək bu vəzifədə qalacaq, sonra yeni seçki keçirilməlidir.

Qazaxıstanın prezidenti postuna namizədlər sırasında Nazarbaev-in qızı Darigha-nın da adı çəkilir. O, martın 20-də parlamentin spikeri seçilib. Daha öncə spiker postunda Tokaev idi.

Nazarbaev Təhlükəsizlik Şurasına və hakim partiyaya sədrliyi saxlayır.

Ölkənin əsas inkişaf istiqamətlərini elə Təhlükəsizlik Şurası müəyyənləşdirir. Şuraya sədrliyi saxlamaqla Nazarbaev əvvəlki kimi ölkənin kadr və strateji siyasəti idarə edə biləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG