Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:49

Krımda Yehova şahidləri saxlanır


Krımı Rusiyaya birləşdirən körpü
Krımı Rusiyaya birləşdirən körpü

Rusiyanın ilhaq etdiyi Krımdakı hakimiyyət Yehova Şahidlərinin bir neçə üzvünü saxlayıb. Bu arada Rusiyanın özündə də bu dini qrupa qarşı təzyiqlər artmaqdadır.

ABŞ-da mənzillənən dini qrup martın 20-də bildirib ki, Yalta və Alupkada evlərə basqın edilib, qrupun altı üzvü dindirilməyə aparılıb. Onların birinin 34 yaşlı Artyom Gerasimov olduğu deyilir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) regional bürosu da bəyanat yayaraq 34 yaşlı bir nəfərin saxlandığını təsdiqləyib, amma ad açıqlamayıb.

“34 yaşlı Yalta sakininin Yehova Şahidlərinin yerli qanadının işini – görüşlər, ibadətlər, ideyaların yayılmasını təşkil etdiyi müəyyənləşib”, – Interfax agentliyi FSB-yə istinadla yazır.

ORYOLDA DAHA BİR HÖKM GÖZLƏNİR

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edib.

2017-ci ildə Rusiya Ali Məhkəməsi Yehova Şahidlərini “ekstremist” təşkilat elan edəndən onun üzvləri təzyiq altındadır. Son aylar dini qrup Rusiya boyunca ardıcıllarına qarşı reyd və saxlama hallarının artdığını bildirir.

Fevralda qrupun danimarkalı üzvü Oryol şəhəri məhkəməsi tərəfindən ekstremizmdə təqsirli bilinərək altı illik həbsə məhkum edilib.

Bu həftənin əvvəlində isə Oryolda prokuror qrupun daha bir ardıcılı Sergei Skrynnikov-a üç il həbs cəzası tələb edib. Bu iş üzrə hökmün aprelin 1-də çıxarılacağı gözlənir.

Qrup Uşaq Şərqdəki Maqadan şəhəri rəsmilərinin martın 20-də dörd Yehova Şahidinin evinə basqın etdiyini, mobil telefonları, kompüterləri, yaddaş kartlarını, noutbukları və digər materialları ələ keçirdiyini bildirir.

Bəzi hökumətlər Yehova Şahidlərinin hərbi xidmət, səsvermə, hökumətin səlahiyyəti ilə bağlı baxışlarından dolayı bu qrupa şübhəyələ yanaşır.

Qrup Rusiyada 170 min ardıcılının olduğunu bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG