Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:24

Sərhəddə atəşfəşanlıq olub


Sərhəd

Azərbaycan və İran sərhədçiləri Novruz bayramını birlikdə keçiriblər.

Bu barədə martın 21-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 20-dən 21-nə keçən gecə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və İran Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin birgə iştirakı ilə dövlət sərhədində Novruz bayramı münasibətilə bayram tədbiri təşkil olunub.

Məlumata görə, Azərbaycan və İranın dövlət himnlərinin səsləndirilməsindən sonra nümayəndə heyətlərinin rəhbərləri fəxri qarovulların önündən keçiblər.

Tədbir çərçivəsində keçirilmiş görüşdə sərhəd təhlükəsizliyi təminatı, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə, operativ məlumat mübadiləsinin aparılması və ikitərəfli görüşlərin keçirilməsi üzrə ardıcıl tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bayram tədbiri musiqiçilərin konsert proqramı ilə davam etdirilib və atəşfəşanlıqla yekunlaşıb.

Martın 21-i saat 1:58 dəqiqədə yaz fəsli başlayıb.

Novruz bayramı dünyanın bir çox ölkələri kimi, İran və Azərbaycanda da keçirilir.

Multimedia

XS
SM
MD
LG