Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:17

Boeing 737 MAX məsələsi nə yerdə qaldı


Boeing 737 MAX 9 təyyarəsi
Boeing 737 MAX 9 təyyarəsi

Hazırda dünyada 300-dən artıq Boeing 737 MAX 8 və MAX 9 sərnişin təyyarəsi aviareyslərdən yığışdırılıb. Səbəb son beş ayda Efiopiya və İndoneziyada iki qəzada 350-dək adamın həlak olmasıdır.

Hazırda təhqiqatçılar ən böyük suala cavab axtarırlar: Qəzalara təyyarənin proqramımı səbəb olub?

Avropa və Kanada bu həftə bildiriblər ki, təyyarələrin təhlükəsizliyini müstəqil şəkildə təsdiqlədəcəklər.

BAZAR DƏYƏRİ 28 MİLYARD DOLLAR AZALIB

Artıq Efiopiyada qəzaya uğramış təyyarənin qara qutusu tapılıb və təhqiqatçıların diqqəti ona yönəlib. Axı, pilotla köməkçisinin söhbəti qəzanın səbəbinin aşkarlanmasına kömək edə bilər.

Boeing artıq müştərilərə yeni MAX təyyarələrinin göndərilməsini dayandırıb. Səhmlərinin ucuzlaşması şirkətin bazar dəyərini 28 milyard dollaradək azaldıb.

Efiopiyada qəza qurbanlarının anım mərasimi
Efiopiyada qəza qurbanlarının anım mərasimi

Şirkət bildirir ki, yeni, yanacağı qənaətlə işlədən təyyarələri təhlükəsizdir, amma ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) təyyarələri yığışdırmaq qərarını dəstəkləyib.

Ekspertlər təyyarələrdə quraşdırıllmış yeni MCAS uçuşa nəzarət sisteminin hər iki qəzaya səbəb ola biləcəyini düşünürlər. Onların fikrincə, təyyarə düşməyə başlayarkən pilotlar bu sistemin öhdəsindən gələ bilməyiblər. Amma hələlik, bu iki qəzanı bir-birinə bağlayacaq elə bir yekun dəlil aşkarlanmayıb.

Efiopiyadakı təyyarənin pilotu daxili nəzarət problemlərinin olduğunu bildirmiş, qayıtmağa icazə istəmişdi.

ABŞ konqresmenləri deyirlər ki, təyyarələr həftələrlə uçuşa buraxılmaya bilər. Bu müddət ərzində hər bir təyyarədəki proqram yenilənməli, onda proqram qruraşdırılmalıdır. Digər ölkələr təyyarələri daha uzun müddətə uçuşlardan kənar saxlaya bilər.

FAA DİQQƏT MƏRKƏZİNDƏ

ABŞ Nəqliyyat Departamenti isə FAA-nın bu təyyarəyə verdiyi sertifikatın auditini aparmağı planlaşdırır. Departament FAA-nın işilə bağlı tövsiyələrini də verə bilər.

737 MAX 8 sərnişin təyyarəsi
737 MAX 8 sərnişin təyyarəsi

Boeing bir həftə- 10 gün içində 737 MAX üçün yenilənmiş proqram buraxmağı planlaşdırır.

Nümayəndələr Palatasının nəqliyyat komitəsinin sədri və daha bir aparıcı demokrat Nəqliyyat Departamentinin baş müfəttişindən xahiş edib ki, FAA-nın MAX-a istifadə sertifikatı verməsinə dair əsas qərarlarını nəzərdən keçirsin.

Ağ evin məlumatına görə, Prezident Donald Trump Delta Air Lines-ın keçmiş rəhbəri Steve Dickson-u FAA-ya rəhbər təyin edəcək.

Efiopiya Airlines təyyarəsi qəzaya uğrayandan sonra elə bir məhkəmə iddiası qaldırılmayıb. Amma bəzi iddiaçıların vəkilləri Boeing şirkətinə qarşı Birləşmiş Ştatlarda iddia qaldırılacağını bildirib.

Ethiopian Airlines martın 16-da bildirib ki, sərnişinlərin qalıqlarının DNT testləri altı ayadək çəkə bilər.

Konqresmenlər və təhlükəsizlik ekspertləri əsasən bu məsələləri qaldırırlar – tənzimləyicilər MAX modelini necə yoxlayıblar və pilotlar yeni xüsusiyyətlərlə bağlı necə təlim keçiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG