Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:32

​​Erdogan Yeni Zelandiyadakı qatili İŞİD-lə müqayisə edir – Qərb mediası


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

“The Washington Post” qəzetində başqa bir məqalədə Türkiyə Prezidenti Recep Tayyip Erdogan ötən həftə Yeni Zelandiyada iki məsciddə törədilmiş qırğından yazır. Məscidə girmiş silahlı 50 nəfəri qətlə yetirib.

Erdogan hücumlardan sonra şübhəli kimi saxlanmış Brenton Harrison Tarrantın 2016-cı ildə iki dəfə Türkiyəyə səfər etdiyini, ölkənin müxtəlif yerlərində vaxt keçirdiyini yazır. O, Tarrantın öz baxışlarını dünya tarixini və xristian inancını təhrif etməklə qanuniləşdirməyə çalışdığını yazır.

O, insanlar arasında nifrət toxumu səpməyə çalışıb. Mən bir lider kimi dəfələrlə vurğulamışam ki, terrorçuluğun dini, dili, yaxud irqi yoxdur. Ötən həftə törədilmiş terror hücumlarının xristianlıqla əlaqələndirilməsi cəhdlərini qətiyyətlə rədd edirəm. Yeni Zelandiyada baş verənlər nadanlıq və nifrətin zəhərli məhsulu idi.

Birinci dəfə deyil ki, Türkiyə xalqı terrorçuların tarixi kobudcasına saxtalaşdırmasına şahid olur. Özünü İslam Dövləti adlandıran, son illər minlərlə müsəlmanı qətlə yetirən terror təşkilatı tarixi radikal ideologiya süzgəcindən keçirərək İstanbulun “yenidən fəthi”nə çağırırdı... İslam Dövləti Türkiyə Respublikasını dağıtmaq andı içmişdi, elə bu səbəbdən də Türkiyə əsgərləri Suriyada bu terror qrupuna qarşı güclü hücuma keçdi.

Bu baxımdan, qeyd etməliyik ki, Yeni Zelandiyada günahsız insanları öldürmüş qatillə Türkiyədə, Fransada, İndoneziyada və digər yerlərdə terror hücumları həyata keçirənlər arasında heç bir fərq yoxdur”, – Erdogan yazır.

Nursultan Nazarbaev
Nursultan Nazarbaev

Nazarbaev Putinə hakimiyyəti necə saxlamağı göstərdi

“The Moscow Times” qəzetində Leonid Bershidsky Qazaxıstanda keçmiş prezident Nursultan Nazarbaev-in hakimiyyəti necə transfer etməsindən yazır.

“Postsovet Orta Asiya diktatorları istefa vermirlər. Özbəkistan və Türkmənistanın ilk prezidentləri Sovet ittifaqı mövcud ikən hakimiyyətə gəliblər, elə vəzifədəcə ölüblər, onlar özlərindən sonra mütləq monarxiya qalığı olan rejimlər buraxıblar”, – müəllif yazır, amma Nazarbaev-in həmişə digər Orta Asiya liderlərindən yüksəkdə dayandığını vurğulayır, bu rejim digərlərindən daha yumşaq görünürdü.

“Ölkəsinin neft sərvəti hesabına Nazarbaev qonşu diktatorlarının yuxusunda gördüyü beynəlxalq legitimlik qazanıb. Rusiya Prezidenti Vladimir Putinin əziz layihəsi olan Avrasiya İqtisadi Birliyi Nazarbaev-in köhnə ideyasını gerçəkləşdirir, bu, Qazaxıstan liderinə Putinin qucağına düşmədən Rusiyayla dost münasibəti saxlamaq imkanı verib. Rusiya və Çin Qazaxıstanın ticarət tərəfdaşları kimi eyni dərəcədə əhəmiyyət daşıyır”, – müəllif qeyd edir.

Məqalədə daha sonra Putin və Nazarbaev rejimləri müqayisə olunur, onlar arasında paralellər aparılır. Hər iki ölkənin təbii ehtiyatlar lənətindən əziyyət çəkdiyi, hökumətlərində korrupsiyanın kök saldığı vurğulanır. Hər ikisi nəhəng “ağ fil” layihələrini maliyyələşdirib.

Nazarbaev Kasym-Zhomart Tokayevi özünə varis seçərək hakim partiyaya sədrliyini və təhlükəsizlik şurasına sədrliyini saxladı. Belə bir ssenari uzun müddət Putin üçün də müzakirə olunurdu. Bunun üçün gərəkən sadəcə, konstitusiyaya bəzi dəyişikliklər etmək, Rusiya təhlükəsizlik şurasının səlahiyyətini artırmaq, Putini ömürlük onun başına gətirməkdir.

XS
SM
MD
LG