Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 02:01

Avropanın ən qüdrətli partiyası Macarıstan millət vəkillərinin üzvlüyünə son qoyur


Viktor Orban
Viktor Orban

Avropa mühafizəkar partiyalarının martın 20-də keçirilən yığıncağı Macarıstan baş naziri Viktor Orbanın hakim partiyasını Avropa İttifaqının mərkəz-sağçı siyasi qrupundan xaric edilməsinə az qala yekdilliklə səs verib.

Avropa Xalq Partiyasının (AXP) yığıncağında 190 leyhinə və yalnız 3 əleyhinə olaraq qəbul edilmiş bu qərara görə Fidesz AXP-nin iclaslarında iştirak etmək və ya bu qrupdakı vəzifələrə namizəd göstərmək hüququnu itirir.

Avtoritarlaşmada ittiham olunan Orbanın özü də Brüsseldə keçirilən yığıncaqda iştirak edirdi. O səsvermədən sonra jurnalistlərə deyib:

“Mən israr edirəm ki, bizi heç kim çıxara bilməz, əksinə biz iştirakımızı könüllü dayandırırıq”.

AXP bu qərarı onun üzvü olan 13 partiya Fidesz partiyasının qrupdakı üzvlüyünün dayandırılması üçün müraciət etdikdən sonra qəbul edib. Buna səbəb Fidesz partiyasının, Avropa Komissiyasının AXP üzvü olan prezidenti Jean-Claude Juncker-i Amerika milyarderi George Sorosun kuklası kimi təsvir edən karikaturaları yayması idi.

Orban administrasiyasının rəhbəri Gergely Gulyas martın 20-də səsvermədən əvvəl Macarıstanın MTI xəbər agentliyinə demişdi ki, Fidesz partiyası onun üzvlüyü əleyhinə səs verilərsə, sözü gedən qrupu dərhal tərk edəcək.

Orban mühacirət sahəsində özünün sərt xətt-hərəkəti ilə tanınır və Soros tərəfindən maliyyələşdirilən Mərkəzi Avropa Universitetini bu məsələdəki fikir ixtilafına görə Budapeştdən qovub.

AXP-nin qərarında deyilir ki, bu qərar partiya özünün anti-Avropa İttifaqı karikaturalarını yığışdırarsa, gələcəkdə bu cür hərəkətlərdən çəkinərsə və Mərkəzi Avropa Universitetinə bağlı hüquqi məsələlərə aydınlıq gətirərsə ləğv oluna bilər. Hazırda ABŞ xeyriyyəçisi Soros Macarıstan hökumətinin təzyiqlərinə görə özünün proqramlarını Budapeştdən Vyanaya köçürür.

Bu da xəbər verilir ki, AXP-nin “qiymətləndirmə komitəsi” Avropa Şurasının keçmiş prezidenti Herman Van Rompuyun rəhbərliyi altında Macarıstan partiyasının AXP-nin dəyərlərinə necə riayət etməsinə göz qoyacaq.

AXP-nin qərarı avtoritar və populist Orbanla avropayönlü partiyalar arasında illərdir davam edən mübahisələrin nəticəsi olub.

Brüsseldə keçirilən iclasdan əvvəl kansler Angela Merkelin yaxın adamı və Almaniya Xristian Demokrat İttifaqının lideri Annegret Kramp-Karrenbauer deyib ki, Fidesz partiyasının xaric edilməsinə dair qərar düzgündür və Orbana olan etimad bərpa edilənədək qüvvədə qalmalıdır.

Bu arada, martın 20-də Juncker Almaniya radiosuna deyib ki, o Fidesz partiyasının AXP-dən qovulmasını istəyib.

AXP hazırda Avropa Parlamentində ən böyük və ən qüdrətli fraksiyadır və mayda keçiriləcək seçkidən sonra da bu mövqeyini qoruyub saxlayacağı gözlənilir.

Fidesz partiyasının Avropa Parlamentində 12 millət vəkili var.

***

Martın 20-də Avropanın mühafizəkar partiyalarının liderləri bir araya gələcək. Onlar Macarıstan Baş naziri Viktor Orbanın partiyasını AB-nin əsas sağ-mərkəzçi siyasi qrupundan çıxarmaq məsələsinə baxacaqlar. Buna Orbana avtoritarizm ittihamları səbəb olub.

Avropa Xalq Partiyasının (EPP) 13 üzvü Fidesz partiyasının üzvlüyünə dair səsvermə keçirməyə çağırıb. Buna partiyanın EPP üzvü, Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker-in təsviri olan posterlər yayması səbəb olub. Posterlərdə Juncker ABŞ milyarderi George Soros-un Macarıstana mühacirəti guya asanlaşdırmaqda istifadə etdiyi oyuncaq kimi təsvir olunur.

Orban Sorosun maliyyələşdirdiyi Mərkəzi Avropa Universitetini Budapeştdən çıxarıb.

Bir neçə ildir EPP-də avtoritar, populist Orban ilə AB-yönlü partiyalar arasında fikir ayrılığı qalır, Orban hüququn aliliyinə sayqısızlıqda suçlanır.

XS
SM
MD
LG