Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Aprel, Bazar ertəsi, Bakı vaxtı 22:44

Erdogan-ın məscid qırğınıyla bağlı dedikləri pislənir


Scott Morrison

Avstraliyanın Baş naziri Scott Morrison Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın Yeni Zelandiyada məsciddə kütləvi qırğınla bağlı dediklərini pisləyib, xəbərdarlıq edib ki, münasibətlərə baxılarkən “bütün variantlar” nəzərdən keçiriləcək.

“Türkiyə Prezidenti Erdogan-ın dediklərini avstraliyalılara təhqir, belə bir çox həssas mühitdə ehtiyatsız sayıram”, – Morrison martın 20-də deyib.

Erdogan deyib ki, antimüsəlman avstraliyalılar 1-cü Dünya Müharibəsindəki Çanaqqala savaşında olduğu kimi “tabutda geri qaytarıla” bilərlər.

Həmin döyüş zamanı Avstraliya və Yeni Zelandiyadan 8 mindən çox əsgər Türkiyə qüvvələrinə qarşı savaşda həlak olub.

Hər il apreldə bu ölkələrin vətəndaşları savaşın ildönümündə Çanaqqalaya səfər edirlər.

Morrison deyib ki, Erdogan Avstraliya və Yeni Zelandiya əsgərlərinin xatirəsini təhqir edib. “Bu sözlərin izahını, geri götürüləcəyini gözləyirəm”, – Morrison deyib.

Martın 15-də iki məsciddə 50 nəfər öldürülüb, 40 nəfər yaralanıb, silahlı məscidlərə girərək atəş açmağa başlayıb. 28 yaşlı avstraliyalı Brenton Tarrant saxlanıb, ona kütləvi qətl ittihamı irəli sürülüb. Tarrantın ağdərili irqçi olduğu bildirilir, atışmadan öncə yazdığı manifestdə müsəlmanlara qarşı fikirlər yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG