Keçid linkləri

Təcili xəbərlər
2019, 24 İyul, çərşənbə, Bakı vaxtı 10:54

Məsciddə öldürülənlər dəfn olunur


Hücuma məruz qalmış Al Noor məscidinin qarşısı

Ötən həftə Yeni Zelandiyada məsciddə öldürülən 50 nəfərin dəfni başlanıb.

Martın 20-də Kraystçörç şəhərində keçirilən mərasimə yüzlərlə adam qatılıb.

Hakimiyyət müsəlman qəbiristanlığında xüsusi məzarın qazılmasına dörd gün sərf edib. Qurbanların kimliyi isə öncədən açıqlanmayıb.

Ərazidə digər qurbanlar da basdırılacaq, bəziləri isə öz ölkələrinə aparılacaq.

Pakistan, Əfqanıstan, Türkiyə və bir sıra ölkələr qurbanlar içində öz vətəndaşlarının kimliyini qeyri-rəsmi olsa da müəyyənləşdirib.

Hakimiyyət ekspertizanın tamamlanması, rəsmi müəyyənləşdirilmə üçün işlərin sürətlə aparıldığını bildirir.

Martın 15-də iki məsciddə 50 nəfər öldürülüb, 40 nəfər yaralanıb, silahlı məscidlərə girərək atəş açmağa başlayıb. 28 yaşlı avstraliyalı Brenton Tarrant saxlanıb, ona kütləvi qətl ittihamı irəli sürülüb.

Tarrantın ağdərili irqçi olduğu bildirilir, atışmadan öncə yazdığı manifestdə müsəlmanlara qarşı fikirlər yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG