Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Nazarbayev istefa verib


Nursultan Nazarbaev
Nursultan Nazarbaev

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu gün – martın 19-da istefa verib. O, 30 ilə yaxındı hakimiyyətdəydi və televiziya ilə çıxışında bu açıqlamanı verib, deyib ki, qərara gəlmək “asan olmayıb”.

Nazarbayev istefa versə də, hakim partiyaya və nüfuzlu Təhlükəsizlik Şurasına ömürlük sədrliyini saxlayır

“Prezident kimi səlahiyyətimi dayandırmağa qərar vermişəm”, – o, çıxışında deyib.

“Bu il bu ən yüksək postda qalmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanı yaradıb”, – o, çıxışında söyləyib.

Nazarbaev-in sözlərinə görə, parlamentin yuxarı palatasının spikeri Qasym-Zhomart Toqaev indilik prezident səlahiyyətini icra edəcək.

2018-ci ilin iyulunda Təhlükəsizlik Şurasının məşvərətçi statusu konstitusiona dəyişib, yəni səlahiyyəti artıb, Nazarbaev onun ömürlük sədrinə çevrilib.

***
Ötən ay Nazarbaev Qazaxıstanın Konstitusiya Şurasından xahiş etmişdi ki, prezidentin vəzifəsinə xitam verilməsinə dair konstitusiya maddəsinin rəsmi izahını istəmişdi.

Şura fevralın 4-də bəyanatında bildirmişdi ki, məsələ üzrə işləməyə başlayıb. Prezident ölkə konstitusiyasının 42-ci maddəsinin 3-cü bəndinə baxmağı xahiş etmişdi.

Həmin maddəyə görə, Qazaxıstanın indiki prezidentinin səlahiyyəti “respublikanın yeni seçilmiş prezidenti vəzifəyə başladığı anda” bitir, bu həmçinin hazırkı prezidentin “vəzifədən uzaqlaşdırıldığı, istefası, yaxud ölümü hallarına” aiddir.

“Respublikanın vəzifədən kənarlaşdırılanlar istisna olmaqla bütün digər prezidentlər eks-prezident titulu daşıyacaqlar”, – bəyanatda deyilir.

78 yaşlı Nazarbaev 1991-ci ildə Sovet İttifaqı dağılandan Qazaxıstana rəhbərlik edir.

O, sonuncu dəfə 2015-ci ildə bu vəzifəyə seçilib, seçkinin vaxtını bir il irəli çəkib. Çoxları buna onun nəzarəti gücləndirmək istəməsi kimi yozub.

İnsan haqları fəalları və tənqidçilər onun narazıları susdurduğunu, vəzifə müddətini qeyri-demokratik seçkilər vasitəsilə uzatdığını deyirlər.

Qazaxıstanda növbəti prezident seçkisi 2020-ci ilin dekabrına planlaşdırılır.

XS
SM
MD
LG