Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:59

ABŞ əfvi alqışlayır və...


ABŞ bayrağı

Amerika Birləşmiş Ştatlarının ( ABŞ) Azərbaycandakı səfirliyi prezident İlham Əliyevin verdiyi əfv sərəncamı ilə bağlı açıqlama yayıb.

Açıqlamada yazılıb ki, ABŞ 400-dən çox insanın, o cümlədən siyasi müxalifət, vətəndaş cəmiyyəti və dini qrupların nümayəndəsi hesab edilən 51 siyasi məhbusun azad edilməsini alqışlayır.

«Biz Azərbaycanı öz vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün gələn aylarda beynəlxalq öhdəliklərinə uyğun olaraq, əlavə müsbət addımlar atmağa təşviq edirik», - ABŞ səfirliyi bəyan edib.

Prezident İlham Əliyev martın 16-da əfv sərəncamı verib. Sərəncam ümumilikdə 431 nəfərə şamil edilib. Onlardan 51 nəfəri siyasi məhbus sayılan şəxslərdir. Hazırda Azərbaycan həbsxanalarında hələ də 80-100 civarında siyasi məhbusların olduğu bildirilir. Azərbaycanın yerli hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı bir neçə siyahıları var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Multimedia

XS
SM
MD
LG