Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

‘İranlılara lənət yox, iş lazımdır’


Brian Hook
Brian Hook

İran Prezidenti Hassan Rohani iranlıları işlə təmin etməlidir, ölkədə pisləşən iqtisadi duruma görə onları Birləşmiş Ştatları lənətləməyə çağırmamalıdır. Bunu ABŞ-ın aparıcı diplomatı deyir.

Birləşmiş Ştatların İran üzrə təmsilçisi Brian Hook bəzən İran rəsmilərinin oxşar bəyanatlarını cavablandırır. O, martın 19-da farsca tvitində yazıb:

“İflic olmuş iqtisadiyyata cavab olaraq Rohani İran xalqından xahiş edir ki, Birləşmiş Ştatları, İsrail və Səudiyyə Ərəbistanını lənətləsinlər! Lənət və möcüzəyə əl atmaqla o, iqtisadi göstəricilərə görə başqalarını suçlayır”.

“İran xalqına iş yerləri lazımdır, lənət yağdırmaq deyil”, – Hook əlavə edib.

Hassan Rohani
Hassan Rohani

ROHANİ NƏ DEMİŞDİ

Prezident Hassan Rohani martın 18-də televiziyayla çıxışında iranlıları Birləşmiş Ştatları, İsraili və Səudiyyə Ərəbistanını lənətləməyə çağırıb. ABŞ ötən il Tehranla nüvə sazişindən çıxdığını, İrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. Rohani deyib ki, ABŞ sanksiyaları çətinliklər yaradıb, milli valyutanı zəiflədib, daha yüksək inflyasiyaya yol açıb.

“Lənətlərinizi hazırkı durumu yaradanlara yönəldin”, – deyən Rohani “Birləşmiş Ştatlar, sionistlər” və Səudiyyə Ərəbistanının günahlandırılmalı olduğunu sözlərinə əlavə edib. Amma o, iranlıların nə cür lənət yağdırmalı olduğunu deməyib.

Prezident hökumət və özəl sektorda maaşları artırmaq, təqaüdləri qaldırmaq vədi verib.

2017-ci ildə hakimiyyətə gələn Rohani iqtisadiyyatı yaxşılaşdırmaq, dünyayla münasibətləri daha açıq etmək vədləri verib. Amma böhran iranlıların əziyyətini artırıb, tənqidçilər açıq şəkildə onun istefasını tələb edirlər.

Rohani iddia edib ki, ABŞ-ın planı İran üzərində “dominantlıq etmək”dir və İran hazırda Birləşmiş Ştatların sərt iqtisadi sanksiyalarının əziyyətini çəkir.

ABŞ rəsmiləri dəfələrlə bildiriblər ki, məqsədli İran xalqını incitmək deyil, İslam Respublikasını nüvə sazişi üzrə təkrar danışıqlara məcbur etməkdir.

Martın 17-də Rohani İran ədliyyəsindən xahiş edib ki, “bəşəriyyətə qarşı cinayətlər” görə Amerika rəsmilərinə qarşı hüquqi addımlar atsın.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG