Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 16:53

Taliban 58 əfqan əsgəri ələ keçirib


Əfqanıstan əsgərləri, arxiv fotosu

Əfqanıstanın Müdafiə Nazirliyi bildirir ki, Taliban yaraqlıları 58 əfqan əsgəri ələ keçiriblər. Bu, bir neçə gün davam edən döyüşlərdən sonra baş verib.

İki həftə öncə Türkmənistanla sərhəddə yerləşən Bağdis vilayətindəki əsgərlər yaraqlıların hücumuna məruz qalıblar.

“Təəssüf ki, sərhədçilərin 58-ni düşmən ələ keçirib”, – Müdafiə Nazirliyi martın 18-də tvitində bildirib və onlar azad olunanadək əməliyyatların davam edəcəyini vurğulayıb.

Vilayət valisinin sözçüsü bildirmişdi ki, təhlükəsizlik qüvvələrinin bir hissəsi sərhəd boyunca Türkmənistana “çəkilib”.

Taliban martın 17-də iddia edirdi ki, bölgədə 72 təhlükəsizlik əməkdaşını ələ keçirib.

Bundan bir neçə gün öncə Birləşmiş Ştatlarla Talibanın danışıqları Dohada bitib. ABŞ Əfqanıstanda 18 ildir gedən müharibəni bitirməyin yollarını axtarır.

Kabil hökuməti isə danışıqlardan kənar qalmasından gileylənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG