Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:12

Dünyanın ən bahalı şəhərləri bunlardır


Sinqapurda Yeni il atəşfəşanlığı, 31 dekabr, 2018-ci il
Sinqapurda Yeni il atəşfəşanlığı, 31 dekabr, 2018-ci il

Üç şəhər dünyanın ən bahalı şəhəri statusunu qazanıb: Sinqapur, Honq Konq və Fransanın paytaxtı Paris.

İlk onluqda əsasən Asiya və Avropa şəhərləri yer alıb. Yaponiyanın Osaka şəhəri, Cənubi Koreyanın paytaxtı Seul da ilk onluqdadır. Osaka ötən ildən bəri altı pillə irəliləyib və hazırda İsveçrənin paytaxtı Cenevrə ilə birlikdə beşinci yerdədir.

İsveçrənin Sürix şəhəri, eləcə də Danimarkanın paytaxtı Kopenhagen də ən bahalı şəhərlərin onluğundadır.

“The Economist Intelligence Unit” sorğunu 133 şəhər üzrə keçirib.

Qərbi Avropada ən bahalı şəhərlər əsasən qeyri-avro zonasında yerləşənlərdir. 2003-cü ildən ilk onluğa düşən Paris istisnadır.

Valyutası dəyər qazanın bəzi ölkələrin reytinqi yaxşılaşıb. Birləşmiş Ştatlar belə ölkələrdən biridir. Nyu York və Los Anceles Şimali Amerikadan ilk onluğa düşən şəhərlərdir. Ötən il ABŞ dollarının möhkəmlənməsi Birləşmiş Ştatlarda şəhərlərin ümumilikdə bahalanması deməkdir.

Nyu York ötən ildən altı pillə, Los Anceles dörd pillə irəliləyib.

Ötən il 28-ci yeri tutmuş Tel Əviv indi Los Anceleslə birlikdə onuncu yeri paylaşır.

Reytinqdə son üç yeri Karakas, Dəməşq və Daşkənd tutur. Ən ucuz şəhərlərin onluğuna Almatı, Karaçi, Nyu Dehli də daxildir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG