Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:29

Prezident yumurta döyüşdürüb


İ.Əliyev Novruz şənliyində. 2018

Bayram şənliyinə qatılan dövlət başçısı və xanımı daha sonra İçərişəhərə gələrək orada «Bahar qalası» festivalı ilə tanış olublar.

Bahar qız dövlət başçısına bayram xonçası təqdim edib.

Novruz bayramının əsas personajları olan Kosa və Keçəl də prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər. Onlar Novruz adətinə uyğun olaraq prezident ilə yumurta döyüşdürüblər.

Azərbaycan prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində də olublar.

Bayram şənliyi davam edir.

***

Martın 19-da Bakıda Novruz bayramı münasibətilə şənlik təşkil edilib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.

Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər.

Prezident İ.Əliyevin sakinlərlə söhbət etdiyi bildirilir.

Sonra Azərbaycan prezidenti İ.Əliyev «Novruz» yarmarkası ilə tanış olub.

Bayram şənliyi davam edir.

Paytaxtın ayrı-ayrı sakinlərinin bildirməsinə görə isə, martın 19-da səhər saatlarında Fəvvarələr meydana gedən yollarda məhdudiyyətlər yaradılıb. Bir çox insanların ora daxil olmasına imkan verilmədiyi deyilir.

Bu gün, martın 19-da Torpaq çərşənbəsi və ya İlaxır çərşənbə qeyd olunur. Martın 21-i saat 1:58 dəqiqədə yaz fəsli Azərbaycana qədəm qoymalıdır.

Multimedia

XS
SM
MD
LG