Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Guaido tərəfdarları Venesuelanın diplomatik məkanlarını tuturlar


Juan Guaido
Juan Guaido

Venesuelanın müxalifət lideri Juan Guaido-nun tərəfdarları ölkənin Birləşmiş Ştatlardakı diplomatik məkanlarından üçünə nəzarəti ələ alıblar. Bunu Guaido-nun ABŞ-dakı elçisi deyib.

Özünü aralıq dövr prezidenti elan etmiş Guaido tərəfindən təyin olunmuş Carlos Vecchio martın 18-də deyib ki, müxalifət Vaşinqtonda Venesuelanın Müdafiə Nazirliyinə məxsus iki binanı və Nyu Yorkda konsulluq obyektini tutub.

Vecchio əlavə edib ki, qrupun “bir neçə günə” Vaşinqtondakı səfirliyə də nəzarəti ələ alacağı gözlənir.

“Venesuela xalqının sərvətini bərpa edir, qoruyuruq, qəsbkar rejimin son 20 ildə etdiyi kimi bu sərvəti oğurlamasını, dağıtmasını dayandırmağa çalışırıq”, – Vecchio vurğulayıb.

MADURO HÖKUMƏTİ PİSLƏYİR

Venesuelanın hakimiyyətini saxlamağa çalışan prezidenti Nicolas Maduroya sadiq xarici işlər naziri Jorge Arreaza bu ələ keçirmələri “məcburi və qanunsuz işğal” adlandırıb.

Karakasda ABŞ səfirliyi
Karakasda ABŞ səfirliyi

Maduro hökuməti isə bu hərəkətin “ABŞ hökumətinin beynəlxalq öhdəliklərinin aşırı ciddi pozuntusu” olduğunu deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü administrasiyanın bu addımı dəstəklədiyini deyib.

Birləşmiş Ştatlar və 50-dək ölkə Guaido-nu Venesuelanın aralıq dövr prezidenti kimi tanıyıb. Rusiya və Çin isə Maduronu dəstəkləyən ölkələr sırasındadır.

Dövlət katibi Mike Pompeo martın 14-də deyib ki, Birləşmiş Ştatların diplomatik heyəti Venesueladan tamamilə çıxarılıb.

Müxalifətin nəzarətində olan Milli Assambleyaya rəhbərlik edən Guaido yanvarda özünü aralıq dövr prezidenti elan edib. Avropanın bir çox ölkələri, bir sıra region ölkələri də onu dəstəkləyir.

Rusiya və Çin isə 2013-cü ildə Hugo Chavez dünyasını dəyişəndən sonra hakimiyyətə gəlmiş Maduronun arxasında durur. O, ötən il ikinci müddətə prezidentliyə başlayıb. Amma müxalifət seçkini boykot edib, saxtalaşdırma baş verdiyini deyib.

Maduro həm də insan haqları pozuntuları, iqtisadiyyatı pis idarə etdiyinə görə tənqid olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG