Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:03

Torpaq çərşənbəsidir


Səməni

Bu gün, martın 19-u Novruzun son - Torpaq çərşənbəsidir. Buna qədər Su, Od və Yel çərşənbələri qeyd edilib.

El arasında Novruz ərəfəsində, sonuncu çərşənbədə torpağın oyandığı, nəfəs aldığı bildirilir. Bu çərşənbə xalq arasında «Yer çərşənbəsi» və ya «Torpaq çərşənbəsi» adlanır.

İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

İlaxır çərşənbəsində qulaq falına çıxmaq, təmtəraqlı bayram süfrəsi hazırlamaq adətdir. Bu çərşənbədə həm də şamlar yandırılar, səməni süfrə bəzəyi olar.

Adətə görə, bu çərşənbədə xoş danışarlar. İnama görə, qulaq falına çıxan qız-gəlin ancaq xeyir sözlər eşitməlidir. Küsülülərin barışması da axır çərşənbənin tərkib hissələrindən biri sayılır və ortada kin-küdurətə yer verilmir.

Yaz fəsli ölkəyə bu il martın 21-də Bakı vaxtı ilə saat 01:58-də qədəm qoymalıdır. Novruz adətinə uyğun olaraq, bayram ərəfəsinə düşən dörd həftənin çərşənbə günləri beləcə xüsusi olaraq qeyd olunur.

Multimedia

XS
SM
MD
LG