Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:59

Məscidə hücumla bağlı 1,5 milyon video silinib – Qərb mediası


Məscidə hücumun qurbanları anılır
Məscidə hücumun qurbanları anılır

Facebook Inc bildirir ki, Yeni Zelandiyada məscidə hücumdan sonrakı ilk 24 saat ərzində 1,5 milyon videonu silib.

Sosial şəbəkə şənbə günü tvitində bildirib ki, “dünya üzrə videoların 1,2 milyonunun qarşısı elə yüklənərkən alınıb”.

Şirkət həmçinin videonun redaktə olunmuş bütün versiyalarının silindiyini qeyd edib.

Cümə günü Yeni Zelandiyanın iki məscidinə hücum zamanı 50 nəfər öldürülüb. Silahlı hücumları Facebook-da 17 dəqiqə ərzində canlı yayımlayıb. Sonradan həmin videoların surətləri bir neçə saat ərzində sosial medianı zəbt edib.

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern deyib ki, Facebook-la canlı yayın məsələsini müzakirə etmək istəyir.

Tələbələr hücum qurbanlarını anırlar
Tələbələr hücum qurbanlarını anırlar

Rusiya neft hasilatı məsələsində gözləmə mövqeyi tutur

Rusiya bildirir ki, OPEC və digər neft ölkələrinin hasilatı azaltmasının müddətini uzatmaq məsələsində gözləmə mövqeyi tutacaq, çünki bazarda kövrək balans yaranıb. “Bloomberg” bunun Səudiyyə Ərəbistanının mövqeyinə zidd olduğunu yazır. Axı, Səudiyyə neft bazarının əsaslarını bərpa etməkdən ötrü çox iş gərəkdiyini bildirir.

RUSİYAYLA SƏUDİYYƏNİN MÖVQEYİ FƏRQLƏNİR

“Hazırda qiymətlər bütün tərəflər, həm istehlakçılar, həm də hasilatçılar üçün qəbulediləndir və dəyişkənlik səviyyəsinin çox aşağı olduğunu görə bilərsiniz”, – Rusiyanın enerji naziri Alexander Novak bazar günü axşam Bakıda Bloomberg TV-yə müsahibəsində deyib.

Aleksandr Novak
Aleksandr Novak

“Bu gün balanslaşa bilərik, amma nə baş verəcəyini bilmirik”, – o, sözlərinə əlavə edib.

Agentlik yazır ki, qeyri-müəyyənliklər, Venesuelanın neft hasilatında tərəddüdlər OPEC və müttəfiqlərinin hansı addımları atacağını söyləməyi çətinləşdirir. Söhbət ilin ikinci yarısından gedir, yəni mövcud razılaşma bitəndən sonrakı müddətdən. Novak bunları OPEC-dəki həmkarları ilə birgünlük ikitərəfli müzakirələrdən sonra deyib.

Nazirin sözlərinə görə, Rusiya düşünür ki, hasilatın azaldılması barədə qərar mayda, ya da iyunda verilməlidir.

OPEC-in de-fakto lideri Səudiyyə Ərəbistanı isə fərqli düşünür. Krallığın enerji naziri Khalid al-Falih brifinqdə deyib ki, neft bazarının sabitləşdirilməsi “hələ tamamlanmayıb” və OPEC+ iyunadək “kursu saxlamalıdır”.

Oktyabrdan bəri Rusiya gündəlik hasilatı 140 min- 150 min barrel azaldıb. Apreldə isə ilk dəfə olaraq hasilat günə 228 min barrel azaldılacaq. Bu, OPEC+un razılaşmasına tam uyğundur.

Bu gün – martın 18-də OPEC-in monitorinq komitəsinin Bakıda iclası davam edir. OPEC-in neft nazirləri dünəndən başlayaraq hasilatla bağlı son razılaşmanın səmərəsini müzakirə edirlər.

XS
SM
MD
LG