Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Kocharian-ın həbs müddəti uzadıldı


Robert Kocharian
Robert Kocharian

Yerevan məhkəməsi keçmiş prezident Robert Kocharian barəsində həbs qətimkan tədbirini daha iki aylığa uzadıb. Vəkili Aram Orbelian martın 15-də məhkəmədən sonra deyib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Kocharian dekabrda həbs olunub. Həbsindən dörd ay öncə ona 2008-ci ildə, onillik prezidentliyinin son həftələri ərzində ölkənin konstitusion quruluşunu dəyişmək ittihamı irəli sürülüb.

Keçmiş prezident ittihamları siyasi motivli sayır.

Bu ayın əvvəlində Xüsusi İstintaq xidməti məhkəmədən Kocharian barədə həbs qətimkan tədbirini uzatmağı xahiş edib.

Robert Kocharian-ın tərəfdarları etiraz edir, 22 dekabr, 2018-ci il
Robert Kocharian-ın tərəfdarları etiraz edir, 22 dekabr, 2018-ci il

Onun vəkilləri cinayət işini əsassız, siyasi motivli hesab edirlər.

Kocharian-a daha bir ittiham təhlükəsizlik qüvvələrinə müxalifət fəallarına qarşı gücdən istifadə göstərişi verməsidir. Fəallar 2008-ci ilin fevralında keçirilmiş prezident seçkisində saxtakarlığın baş verdiyini deyirdilər.

Martın 1-də başlamış etirazların yatırdılması zamanı 8 etirazçı, iki polis əməkdaşı öldürülüb. Bundan öncə Kocharian üç həftəlik fövqəladə vəziyyət elan etmişdi.

64 yaşlı eks-prezident deyir ki, ona ittihamlar indiki baş nazir Nikol Pashinian-ın ona qarşı siyasi “intiqamı”dır.

Pashinian 2008-ci il etirazlarında əsas rol oynamış, sonradan iki il həbs cəzası çəkmişdi. O, Kocharian-a qarşı cinayət işini müdafiə edir, onu təşkil etməsi iddialarını rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG