Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:55

Elektrik xətləri Azərbaycan, Rusiya və İranı birləşdirəcək


Elektrik dirəkləri

İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır.

AZƏRTAC-ın xəbərinə görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir vurğulayıb ki, Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır: «SOCAR və İranın NICO şirkəti arasında uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Naxçıvan Muxtar Respublikasının (MR) qazla təmin olunmasında əməkdaşlıq həyata keçirilir. «Xudafərin», «Qız Qalası», eləcə də «Ordubad» və «Marazad» SES və hidroqovşaqlarının tikintisi, istismarı üzrə birgə texniki komissiyalar yaradılıb, bu istiqamətdə birgə iş aparılır. Eyni zamanda, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. 2016-cı ildə hökumətlər arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi imzalanıb. İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb. Bununla yanaşı, İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır».

Nazirin düşüncəsinə görə, Azərbaycan-İran-Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə həyata keçiriləcək tədbirlər üçtərəfli enerji əməkdaşlığını genişləndirməyə imkanlar yaradacaq.

Xatırlatma

Son vaxtlar İran-Azərbaycan iqtisadi əlaqələrində inkişaf olduğu deyilir. Dünən, martın 14-də Bakıda Azərbaycan-İran biznes-forumu keçirilib. Orada qeyd edilib ki, 2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 74 faiz artıb.

Prezident İlham Əliyev martın 15-də İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının həmsədri Fərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyasının toplantısının planlaşdırılması və əməkdaşlığa dair bir çox məsələlərə toxunulduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG