Keçid linkləri

Təcili xəbərlər
2019, 27 Mart, çərşənbə, Bakı vaxtı 00:32

Yararsız ət satdığı deyilən 8 şəxs tutulub


Ət

Bu gün, martın 15-də Baş Prokurorluqla Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıblar. Məlumatda qida təhlükəsizliyi sahəsində son vaxtlar görülən işlərdən bəhs edilir: «12 cinayət işi başlanaraq istintaq aparılmış, 9 cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 16 şəxs məhkəmə məsuliyyətinə verilib. Hazırda isə 3 cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir».

Açıqlamada qeyd edilir ki, Bakı şəhəri, Abşeron, Ağcabədi, Bərdə rayonlarında fəaliyyət göstərən bəzi ət pavilyonu və kəsim sahələrində insan sağlamlığına təhlükəli olan yararsız heyvan cəmdəkləri aşkar edilib: «Nəticədə 8 şəxs barəsində cinayət işi başlanaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib».

Saxlanan şəxslərin adları açıqlanmır, onların ittihama münasibəti bəlli deyil.

Xatırlatma

Qida Təhlükəsizliyi Agentliyi 2017-ci ilin fevralında yaradılıb. 2018-ci ildə isə baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG