Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Daha bir tacik kəndli öldürülüb


Qırğızstanın Batken regionu, Orto-Boz kəndi. Burası münaqişə yerinə yaxındır
Qırğızstanın Batken regionu, Orto-Boz kəndi. Burası münaqişə yerinə yaxındır

Tacikistan-Qırğızıstan sərhədinin mübahisəli hissəsində artıq ikinci gündür zorakılıq davam edir. Buna Qırğızıstanın ərazidəki mübahisəli yolda tikinti işlərinə yenidən başlaması səbəb olub.

Tacikistan Daxili İşlər Nazirliyinin rəsmisi AzadlıqRadiosuna deyib ki, martın 14-də Tacikistanın Fərqanə vadisindəki Vorux eksklavında bir kəndli öldürülüb, daha ikisi güllə yarasından xəstəxanaya yerləşdirilib.

Bir gün öncə isə elə həmin yerdə toqquşmada bir tacik kəndli öldürülmüşdü. İnsident Qırğızıstanın Ak-Say kəndi ilə Tacikistanın Mehnatobod kəndinin sakinləri arasında baş verib.

Bu gün öldürülən kəndlinin 37 yaşlı Rafouddin Teshaev olduğu bildirilir.

Martın 13-ə isə 43 yaşlı Husein Hakimov güllələnib, 11 tacikistanlı isə xəstəxanaya yerləşdirilib.

HADİSƏ NECƏ QIZIŞIB

Tacikistan Sərhəd Xidmətinin baş idarəsinin məlumatına görə, martın 13-də onlarla qırğız və tacik kəndli tikinti sahəsi yaxınlığında qarşı-qarşıya gələrək bir-birinə daş atmağa başlayıblar.

Qırğızstanın Batken regionu, Orto-Boz kəndi. Burası münaqişə yerinə yaxındır
Qırğızstanın Batken regionu, Orto-Boz kəndi. Burası münaqişə yerinə yaxındır

Tacikistan rəsmiləri zorakılığın sürətlə qızışdığını, bir qırğız kəndlinin talvarı və bir tacik kəndlinin un dəyirmanı yandırılandan sonra silahların işə düşdüyünü bildirir.

Qırğızıstan tərəf martın 13-də Ak-Say kəndindən bir qırğız kəndlinin xəstəxanaya yerləşdirildiyini qeyd edir.

Qırğızıstan illərdir ərazidə yeni yol çəkmək istəyir, tikinti işlərini gah saxlayır, gah da bərpa edir. İki ölkə təmsilçiləri isə sərhəd çəkilməsi üzrə razılaşma əldə etməyə çalışırlar.

Tacikistanın mövqeyincə, yolun yeni təklif olunan hissəsi mübahisəli ərazidən keçir, sərhədlə bağlı razılaşma əldə olunmayınca yol çəkilməməlidir.

Hər iki ölkə rəsmiləri tikinti işinin artıq dayandırıldığını deyirlər.

Qırğızıstan parlament martın 14-də elan edib ki, “qırğız-tacik sərhədindəki durumla” bağlı rəsmi dinləmə keçirəcək.

1991-ci ildə Sovet İttifaqı dağılandan Orta Asiyada bir çox sərhəd ərazilər mübahisəli qalıb.

Tacikistan, Özbəkistan və Qırğızıstanın sərhədlərinin toqquşduğu Fərqanə vadisində isə çoxsaylı eksklavlar var və burada durum özəlliklə mürəkkəbdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG