Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Mart, şənbə, Bakı vaxtı 23:51

İranda qaz kəməri partlayıb, azı 4 nəfər ölüb


Hadisə yeri

İranın cənub-qərbindəki Xuzestan vilayətində qaz kəməri partlayıb, azı dörd nəfər həlak olub.

Hadisə martın 14-də vilayətin paytaxtı Əhvaz ilə Mahşahr şəhəri arasındakı kəmərdə baş verib.

Yerli rəsmi Kiamars Hajizadeh partlayışın qaz sızmasından baş verdiyini bildirib.

Bir uşaq və bir qadın daxil olmaqla azı dörd nəfər öldürülüb, beş nəfər yaralanıb, Hajizadeh söyləyib.

Dövlət televiziyasının məlumatına görə, hadisə yerində olan beş maşın partlayışdan alışıb, əraziyə yanğınsöndürənlər, təcili yardım maşınları gedib.

Yanğınsöndürən briqadasının sözçüsü ISNA agentliyinə deyib ki, yanğını söndürə biliblər, amma ölü və yaralıların dəqiq sayı bəlli deyil.

İranda infrastruktur köhnəlib, illər boyu Qərbin sanksiyaları altında olsa da, onu işlək vəziyyətdə saxlamağa çalışıb. İranda təhlükəsizlik qaydalarına da zəif əməl olunur.

2018-ci ilin avqustunda Tehranda idman kompleksində qaz partlayışında azı üç fəhlə həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG