Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Azərbaycan və Əfqanıstan prezidentləri görüşüblər


M.Ə.Qani və İ.Əliyev. Foto arxiv

Martın 14-də Azərbaycan dövlət başçısı İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikası prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, əvvəlcə onların arasında təkbətək görüş olub. Bu görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Daha sonra da prezidentlər İ.Əliyevin və M.Ə.Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb. Bura dəmir yolu, informasiya və kommunikasiya, habelə mədəniyyət sahəsində əməkdaşlıq haqqında sənədlər daxildir.

Bu gün, martın 14-də Azərbaycan paytaxtında «Dünyanın yeni xarici siyasəti» mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb. Üç gün davam edəcək bu tədbirə 50 ölkədən 500-dən artıq nümayəndənin qatıldığı bildirilir.

+++

Azərbaycan prezidenti İlham Əliyev martın 14-də habelə VII Qlobal Bakı Forumunda iştirak edən Albaniya prezidenti İlir Meta, Moldova prezidenti İqor Dodon və daha bir sıra başqa hökumət rəsmiləri ilə də görüşüb müzakirələr aparıb.

Multimedia

XS
SM
MD
LG