Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:37

Azərbaycan və İran birgə avtobus buraxacaq


İran avtobusları

Martın 15-də Azərbaycanla İran arasında Hacıqabul Sənaye Məhəlləsində avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanacaq.

«Report» xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev martın 14-də Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda məlumat verib.

Nazir iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu da deyib: «2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 74 faiz artıb. Bu, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, tranzit daşımaları sahəsində əlaqələrimiz genişdir və əməkdaşlığımız regional əhəmiyyətə malikdir...».

Xatırlatma

Azərbaycan Neftçala sənaye zonasında İranla birgə avtomobil də istehsal edir. Bununla bağlı hələ 2016-ci ildə İranın «Iran Khodro» və Azərbaycanın «Azeurocar» şirkəti arasinda birgə zavodun yaradılması barədə saziş imzalanıb. 2018-ci ilin martında həmin zavod istifadəyə verilib.

Multimedia

XS
SM
MD
LG