Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Facebook-da ‘like’ niyə işləmirdi


Arxiv fotosu
Arxiv fotosu

Dünən – martın 13-də Facebook sosial şəbəkəsi iki cəbhədə çətinlik yaşayıb. Bir tərəfdən şəbəkə saatlarla işləməyib. Bu arada təhqiqatçılar onun informasiya paylaşımı üzrə razılaşmalarının araşdırılmasını sürətləndiriblər.

Facebook-da yaşanan problemlər rəqib Twitter-də, eləcə də onlayn səhifələrə çıxışlarda problemləri izləyən downdetector.com-da səslənib.

“Facebook-un bu qədər uzun müddətə işləmədiyini heç görməmişəm”, – bir istifadəçi yazıb.

Downdetector-un çərşənbə axşamı açıqladığı xəritəyə görə, Facebook-un problemləri Avstraliyada, Asiyada, Avropada, Cənubi və Şimali Amerikalarda qalıb.

“11 saatdır ki, şəbəkə bütün dünyada çöküb”, – daha bir şərhdə deyilirdi.

İllüstrativ foto
İllüstrativ foto

Bəzi media orqanları bunu Facebook tarixində ən böyük kəsinti adlandırıblar. Mənşəyi bilinməyən problem Facebook-a məxsus Instagram Messenger-ə də təsirini göstərib.

Bəzi hallarda bu əlavələrə girmək mümkün olsa da, post yerləşdirmək alınmayıb.

“DDoS HÜCUMU DEYİL”

Kaliforniyada yerləşən, iki milyarddan çox istifadəçisi olan şirkət Twitter-də bəyan edib ki, problemdən xəbərdardırlar, onu “mümkün qədər tez” yoluna qoymağa çalışırlar.

Az sonra Facebook problemin şəbəkəyə hansısa hücumla bağlı olmadığını bildirdi.

“Məsələni mümkün qədər tez həll etməyə çalışırıq, amma bu, DDoS hücumu deyil”, – Facebook bildirib.

DDoS hücumu zamanı hakerlər adətən virus kodlu kömpüterlərlə vebsaytları ələ keçirməyə çalışırlar.

Kaliforniyada axşam düşəndə sosial şəbəkə hələ durumla bağlı yeni məlumat yaymamışdı.

Facebook rəhbəri Mark Zuckerberg
Facebook rəhbəri Mark Zuckerberg

Ötən noyabrda Facebook xidmətində kəsinti yaranandan bu, server problemi ilə əlaqələndirilmişdi. Sentyabrdakı problemə isə “şəbəkələşmə məsələlərinin” səbəb olduğu deyilirdi.

Dünənki kəsinti ilə bir arada “The New York Times” yazdı ki, ABŞ prokurorları Facebook-un istifadəçilərin xəbəri olmadan onların şəxsi məlumatlarının şirkətlərlə paylaşmasını araşdırmağa başlayıb.

TƏHQİQATÇILAR İNFORMASİYA İSTƏYİR

Nyu Yorkda böyük jürinin azı iki smartfon istehsalçısından Facebook-la oxşar razılaşma haqda informasiya istədiyi xəbər verilir.

Ötən il Facebook etiraf elədi ki, Cambridge Analytica siyasi konsultasiya şirkəti 87 milyon istifadəçinin şəxsi məlumatlarını ələ keçirə biləcək əlavədən istifadə edib. Bu şirkət 2016-cı ildə Donald Trump-ın seçki kampaniyası üçün çalışıb.

“Ədliyyə Departamenti daxil olmaqla federal təhqiqatların aparıldığı barədə məlumat verilib”, – Facebook-un sözçüsü Frans Pres-in sorğusuna cavabında deyib.

“Əvvəl dediyimiz kimi, təhqiqatçılarla əməkdaşlıq edirik və təhqiqatlara ciddi yanaşırıq. İctimai dinləmə təşkil etmişik, sualları cavablandırmışıq, buna davam edəcəyimizi demişik”, – o, sözlərinə əlavə edib.

Sosial şəbəkə artıq dataya nəzarəti sərtləşdirib, bir çox kənar şirkətlərlə informasiya paylaşımı üzrə tərəfdaşlığı ləğv edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG