Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:15

İŞİD-in ‘əcəl zəngi’ çalınır – Qərb mediası


Bağuzdan çıxarılanlar
Bağuzdan çıxarılanlar

Suriyanın şərqinə sığınmış İslam Dövləti (İŞİD) qruplaşması yaraqlıları ötən gün güclü atəşə tutulub. Bundan öncə isə onlar ABŞ-ın dəstəklədiyi, kürdlərin başçılıq etdiyi SDF qüvvələrinə intiharçı hücumları gerçəkləşdirməyə çalışıblar.

“Frans Pres” agentliyi yazır ki, 3 min cihadçının təslim olmasına baxmayaraq, İŞİD əlində qalmış son məkanın müdafiəsindən əl çəkmir.

Suriya Demokratik Qüvvələri (SDF) ötən axşam yaydığı bəyanatda bildirir ki, döyüşçüləri “terrorçuların mövqelərinə irimiqyaslı hücum” edərək irəliləyiblər.

Dünənki toqquşmalarda dörd SDF üzvünün öldürüldüyü bildirilir.

Agentliyin əməkdaşları sərhəd yaxınlığında raket zərbələri və artilleriya atəşi eşitdiklərini xəbər verirlər. Artıq bombardman dördüncü gecəyə keçib.

Vaxtilə Suriya və İraqda böyük ərazilərə nəzarət edən İŞİD indi İraqla sərhəddəki Bağuz kəndinə sıxışdırılıb.

Son həftələr kənddən minlərlə kişinin və qadının çıxması SDF-in irəliləməsini əngəlləyib, evakuasiyaya şərait yaradılıb.

SDF üzvləri şübhəli bosniyalı İŞİD üzvünü yoxlayırlar
SDF üzvləri şübhəli bosniyalı İŞİD üzvünü yoxlayırlar

ABŞ koalisiyasının raket zərbələri ilə dəstəklənən SDF bazar günü bombardmanı bərpa edib.

“İŞİD-in son anları başlanıb”, – SDR rəsmisi Jiaker Amed dünən “Frans Pres”ə deyib.

Ancaq elə həmin gün cihadçılar iki əks hücum təşkil ediblər. Rəsminin sözlərinə görə, İŞİD intiharçılardan istifadə etsə də, qüvvələri onları hədəfə çatmadan aşkarlaya biliblər.

Martın 12-də gecə güclü bombardmandan sonra SDF sözçüsü Mustefa Bali son 24 saat ərzində 3 minədək cihadçının təslim olduğunu deyib.

“Döyüş davam edir və finiş saatı həmişəkindən daha yaxındır”, – o, Twitter-də yazıb.

Kardinal Pell 6 illik həbsə məhkum edildi

Uşaqbazlığa görə yüksəkçinli katolik həbsə məhkum edilib. Söhbət Avstraliyada iki oğlana qarşı nalayiq hərəkətlərdə təqsirli bilinən Kardinal George Pell-dən gedir. O, dünən – martın 13-də altı il həbs cəzasına məhkum edilib.

Kardinal George Pell
Kardinal George Pell

Şərti cəzayla azadlığa çıxmaq üçün kardinal cəzasının minimum 3 il 8 ayını çəkməlidir. Ona qarşı beş ittihamın hər biri üzrə 10 ilədək həbs kəsilə bilərdi.

Qərarı Avstraliyanın Viktoriya ştatında məhkəmə çıxarıb.

Papa Francis-in maliyyə nazirinin 13 yaşlı iki oğlana qarşı nalayiq hərəkətləri 1990-cı illərin sonlarında, Pell Melburnun arxiyepiskopu olandan bir neçə ay sonra törətdiyi bildirilir. Məhkəmə onun təqsirli bilinməsi barədə dekabrda qərar çıxarsa da medianın xəbəri yaymasına qoyulan qadağa ötən ay bitdi.

77 yaşlı Pell iddiaları rədd edir, iyunun 5-də Viktoriya Apellyasiya Məhkəməsi onun şikayətinə baxacaq.

Hakim qərarını onunla izah edib ki, Pell-in “həyatının qalan hissəsi günahsız olub”, yaşı, başqa kriminal tarixçəsinin olmaması onun yenidən xəta törədəcəyi riskini yaratmır.

Artıq dünyasını dəyişmiş qurbanlardan birinin atası hökmü “məyusedici” adlandırıb. O, Pell və kilsəni məhkəmə verməyi nəzərdən keçirdiyini deyib.

Belqradda çirkli hava
Belqradda çirkli hava

Ətraf mühitin vəziyyəti yaxşı deyil, amma ümid var

Hazırda Yer planetində ətraf mühit çoxsaylı, pisləşən xəstəliklərlə doludur və hər il milyonlarla adamın həyatına son qoyur. BMT ətraf mühitlə bağlı yeni hesabat hazırlayıb.

İqlim dəyişikliyi, heyvanların və bitkilərin kökünün kəsilməsi, əhali sayının 10 milyarda yaxınlaşması, torpağın korlanması, hava çirklənməsi, plastik maddələr, gübrələr, suda hormonları dəyişən kimyəvi maddələr planeti adamlar üçün getdikcə daha artıq qeyri-sağlam yerə çevirir. Bir neçə ildən bir dərc olunan elmi hesabatda belə deyilir.

Amma alimlər çox gecikmədiyimizi də vurğulayırlar.

“Ümidli olmağa səbəb çoxdur. Vaxt var, amma pəncərə də sürətlə bağlanmaqdadır”, – hesabatın redaktorları Joyeeta GuptaPaul Ekins “The Associated Press”ə deyib.

Altıncı Qlobal Ətraf Mühit İcmalı martın 13-də BMT-nin Nayrobidə keçirilən konfransda açıqlanıb. Agentlik yazır ki, 740 səhifəlik hesabatda “risk” sözü düz 561 dəfə işlənib.

Sənədə görə, dünya yediyinə, aldığı əşyalara, əldə etdiyi enerjiyə, tullantılarının idarəsinə yanaşmanı dəyişsə, problemlər də yoluna düşər.

XS
SM
MD
LG