Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

ABŞ İranın neft ixracını ’20 faiz’ azaltmaq istəyir


İranın neft ixracı, yanvar, 2019-cu il
İranın neft ixracı, yanvar, 2019-cu il

Birləşmiş Ştatlar maydan başlayaraq İranın xam neft ixracını 20 faiz azaltmaq istəyir, idxalçılardan alışı azaltmağı tələb edir, yoxsa sanksiyalarla üzləşəcəklərini deyir. Xəbəri “Reuters” yayıb.

Agentliyin martın 13-də məsələdən xəbərdar iki mənbəyə istinadla yazmasına görə, “indi məqsəd İranın neft ixracını günə 1 milyon barreldən aşağı salmaqdır”.

Mənbə əlavə edib ki, Prezident Donald Trump administrasiyası bir məsələdən narahatdır – İrandan neft alışını tamamilə və dərhal dayandırmağa çalışsa, dünya bazarlarında qiymət artımı baş verər.

“KOMFORT ZONASININ YUXARI HƏDDİ”

“Sıfıra endirməyin çətinlikləri yaranar”, – Reuters mənbələrdən birinə istinadla yazır.

Mənbə əlavə edib ki, Brent markalı neftin barrelinin 65 dollara satılması “Trump-ın xam neftin qiyməti üzrə komfort zonasının yuxarı həddidir”. Brent-in barreli martın 13-də 67,55 dollara satılıb.

İrandan Asiya ölkələrinə neft ixracı
İrandan Asiya ölkələrinə neft ixracı

Dövlət katibi Mike Pompeo martın 12-də deyib ki, Birləşmiş Ştatlar “bazar şərtlərinin imkan verdiyi sürətlə İrandan xam neft ixracını sıfıra endirməyə” çalışır.

Dövlət Departamentinin İran üzrə xüsusi təmsilçisi Brian Hook martın 13-də ABŞ-ın siyasətini bir daha təsdiqləyib. O, Hyustonda sənaye konfransında deyib ki, Vaşinqton İranın xam neft ixracını sıfıra endirməyi hədəfləyir.

Birləşmiş Ştatlar ötən ilin mayında İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb, Tehrana sanksiyaları bərpa edib. Amma bəzi ölkələrin İrandan neft idxal etməsinə möhlət verilib. Məqsəd həmin ölkələrin sanksiyalara əməl etməsi üçün daha çox vaxt ayırmaq idi.

Neft ixracı Tehranın əsas gəlir mənbəyidir, sanksiyalar onun iqtisadiyyatına çətinliklər törədib, bəzi şəhərlərdə iğtişaşlara səbəb olub.

Birləşmiş Ştatların bir çox ölkələr üçün sanksiyalardan möhləti uzadacağı gözlənir, amma onlar birgə idxalı günə 1 milyon barreldən aşağı salmalıdırlar. Hazırda İran günə 1,25 milyon barrel neft ixrac edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG