Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:34

Pompeo-dan neft sənayesinə çağırış


Mike Pompeo

ABŞ-ın Dövlət katibi Mike Pompeo deyir ki, Birləşmiş Ştatlar “bazar şərtlərinin imkan verəcəyi sürətlə İranın xam neft ixracını sıfıra endirməyə çalışır”.

Martın 12-də Texasın Hyuston şəhərində neft şirkətləri rəhbərləri ilə görüşündə Pompeo neft sənayesini, ABŞ-ın xarici siyasət maraqlarının irəli aparılması və qlobal məsələlərdə “pis oyunçular”ın önlənməsindən ötrü Prezident Donald Trump administrasiyası ilə işləməyə çağırıb.

ABŞ ötən il İranla 2015-ci il nüvə sazişindən çıxdığını, İrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

Pompeo deyir ki, Vaşinqton Venesueladakı böhranın həllindən ötrü bütün iqtisadi vasitələrdən istifadə edəcək. ABŞ və digər ölkələr Venesuelanın hakimiyyətini saxlamağa çalışan prezidenti Nicolas Maduronu istefa verməyə çağırırlar.

O həmçinin Avropaya xəbərdarlıq edib ki, “Şimal axını 2 layihəsi vasitəsilə Rusiya qazının cənginə keçməsin”. Pompeo-nun sözlərinə görə, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməklə, Ukraynanın şərqində hərbi iştirakla Ukraynanın neft-qaz ehtiyatlarına nəzarəti ələ almaq niyyəti güdüb.

“Qollarımı çırmalayıb yarışmalıyıq – bunu investisiyanı asanlaşdırmaq, tərəfdaşları bizdən almağa həvəsləndirməklə, pis oyunçuları cəzalandırmaqla etməliyik”, – Pompeo şirkət rəhbərlərinə deyib.

XS
SM
MD
LG