Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Raisi yeni vəzifəyə seçilib


Ebrahim Raisi
Ebrahim Raisi

İran ədliyyəsinin yeni təyin olunmuş rəhbəri Ali dini lider Ayətulla Ali Khamenei-nin işinə nəzarət edən qurumun rəhbər müavini seçilib.

Kobud insan haqları pozuntularında ittiham olunan Ebrahim Raisi martın 12-də Ekspertlər Məclisinin rəhbərliyinə seçilib. Məlumatı yarırəsmi IRNA xəbər agentliyi yayıb.

Bir həftə öncə isə Khamenei onu ədliyyə rəhbəri təyin etmişdi.

88 üzvlük Ekspertlər Məclisinin rəhbəri 92 yaşlı Ayətulla Ahmad Jannati-dir, onun iki müavini var.

RAİSİNİN YÜKSƏLİŞİ NƏYİ DƏYİŞƏ BİLƏR

58 yaşlı Raisi uzun müddət prokuror olub, o, həm də ölkənin şiə məbədlərini idarə edən Astan Quds Razavi təşkilatının rəhbəridir.

Human Rights Watch (HRW) insan haqları təşkilatı və ABŞ Dövlət Departamenti onun ədliyyənin başına gətirilməsini pisləyib, 1980-ci illərdə siyasi məhbusların “kütləvi edamı”nda əli olduğunu deyib.

Müşahidəçilərin mövqeyincə, Raisinin yüksəlişi sərt xətt tərəfdarı olan düşərgəni möhkəmləndirə, Prezident Hassan Rohani-nin başçılıq etdiyi mötədilləri zəiflədə bilər.

Raisi 2017-ci ildə prezident seçkisini Rohani-yə uduzub, o, ikinci müddətə seçilib.

Raisinin adı 79 yaşlı Khamenei-nin mümkün varisləri sırasında da çəkilir. O, 2014-cü ildə prostatdan əməliyyat olunub, prostat xərçəngə tutulması haqda şayiələr dolaşır.

Hazırda İran çətin dönəmdən keçir, ABŞ ona iqtisadi sanksiyaları bərpa edib.

İran mühafizəkarları ölkənin dünya gücləri ilə imzaladığı nüvə sazişini daim tənqid edirdi. ABŞ Prezidenti Donald Trump ötən il sazişdən çıxdığını elan edib. Saziş ölkənin nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG