Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:42

İranlı qadınlarla bağlı videolar yayılır


İranda hicaba etiraz hərəkatı
İranda hicaba etiraz hərəkatı

Son vaxtlar sosial mediada yayılmış videolarda İranda qadınların “sarsıdıcı təzyiq”ə məruz qaldığı üzə çıxır, əxlaq polisi və hökumətyönlü dəstələr ölkənin sərt geyim kodeksinə necə əməl olunduğuna nəzarət edirlər. Bunu Amnesty International insan haqları təşkilatı bildirir.

“İranın məcburi hicab qanunları təkcə alçaldıcı və ayrıseçkilik yaradan deyil, həmçinin küçələrdə qadınlara və qızlara zorakı hücumları əsaslandırmaq üçün istifadə olunur”, – Londonda mənzillənən təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə tədqiqat və maarifləndirmə direktoru Philip Luther martın 12-də yaydığı bəyanatda deyib.

VİDEOLAR

Bəyanata görə, İranda əxlaq polisi qadınları “küçələrdə mütəmadi saxlayır, onları təhqir, təhdid edir, onlara əmr edir ki, tellərini baş örtüklərinin altında gizlətsinlər, onlara salfet verərək kosmetikalarını silməyə məcbur edir”, – bəyanatda vurğulanır.

Qadınların eyni zamanda fiziki təzyiqə məruz qaldığı, “üzlərinə sillə vurulduğu, dəyənəklə döyüldükləri, əllərinin qandallandığı, polis maşınlarına doldurulduqları” qeyd edilir.

Hökumətin hicab siyasətini dəsəkləyənlər, arxiv fotosu
Hökumətin hicab siyasətini dəsəkləyənlər, arxiv fotosu

Ötən ay onlayn yayılmış videoda bir qadın hökumətyönlü keşikçiylə qarşıdurmasını çəkib. Həmin şəxs ona hicabını düzgün taxmağı əmr edib, onu təhqir edib, qadın etiraz edəndə isə üzünə gözyaşardıcı qaz buraxıb.

Daha bir videoda isə kişinin qadını təhqir etdiyi, ona başını örtməyi əmr etdiyi görünür. Qadın onun elektroşok tapançasından atəş açmaq təhdidinə görə qışqırınca kişi deyir: “Sənə atəş açmadım, yalnız göstərdim”.

Üçüncü videoda isə mülkigeyimli bir kişi əxlaq polisinin maşınının yanında dayanıb, başını örtməyən bir qadının zorakılıqla saxlanmasına müdaxilə etməyə çalışan kişilərə və qadınlara silah tuşlayıb. ​

“KAMERAM, SİLAHIM”

Amnesty International bildirir ki, bu insidentlər “Kameram Silahım” kampaniyası çərçivəsində çəkilib, məqsəd İranda məcburi hicab qanunlarından dolayı gündəlik qısnama və hücuma məruz qalan qadın və qızlar haqda məlumatı gücləndirməkdir.

ABŞ Dövlət katibi Mike Pompeo Masih Alinejad ilə görüşür
ABŞ Dövlət katibi Mike Pompeo Masih Alinejad ilə görüşür

Videoları Instagram-a Birləşmiş Ştatlarda yaşayan iranlı jurnalist və insan haqları fəalı Masih Alinejad yerləşdirib.

“Qadınları və qızlara qarşı belə qəddar hücumlar onların beynəlxalq hüquq çərçivəsində, qəddar, qeyri-insani və alçaldıcı rəftardan qorunma hüququnu pozur. Milyonlarla iranlı qadın ləyaqətli davranış hüququndan, gündəlik həyatlarını zorakılıq və qısnama olmadan yaşamaqdan məhrumdur”, – Luther söyləyib.

İranda 1979-cu il islam inqilabından sonra qadınlarla bağlı məcburi geyim kodeksi qüvvəyə minib.

Bu kodeksə görə, qadın ictimaiyyət arasına çıxarkən başını, bədənini örtməlidir.

Əxlaq polisi hicab qaydalarına tam əməl etməyənlərə qarşı mütəmadi reydlər keçirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG