Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:09

İŞİD-in çöküşü – Qərb mediası


Bağuzdan çıxarılmış qadın
Bağuzdan çıxarılmış qadın

İslam Dövləti (İŞİD) silahlı qruplaşması hazırda Suriyanın İraqla sərhədinə sıxışdırılıb, ABŞ-ın dəstəklədiyi Suriya qüvvələrinin mühasirəsindədir. “Reuters” agentliyi bu qruplaşmanın yaranışı, qəddar idarə dövrü və çöküşünə nəzər salır.

2003-cü ildə ABŞ İraqı tutandan sonrakı xaos zamanı, 2004-11-ci illərdə al-Qaeda qruplaşmasının bir qanadı adını İraq İslam Dövləti qoydu. Bu, 2006-cı ildə baş verdi.

“İRAQ-ŞAM İSLAM DÖVLƏTİ”

2011-ci ildə Suriya böhranı başlayınca qruplaşma lideri Abu Bakr al-Baghdadi bu ölkəyə əməliyyatçılarını göndərərək Suriya qanadını yaratdı.

2013-cü ildə al-Qaeda-dan ayrılan Baghdadi qruplaşmanın adını “İraq- Şam İslam Dövləti” qoydu.

Abu Bakr al-Baghdad
Abu Bakr al-Baghdad

2014-cü ildə qruplaşma İraqda Fəllücə, Suriyada Raqqanı ələ keçirdi. İyunda Mosul və Tikritə girən yaraqlılar Suriya ilə sərhədi keçirlər, Mosulun böyük məscidində Baghdadi qruplaşmanı İslam Dövləti (İD) adlandırır və xilafət elan edir.

Terror dönəmi də bundan sonra başlanır. İD İraqda minlərlə yezidini qətlə yetirir, 7 mindən çox qadını və qızı cinsi köləyə çevirir. Suriyada isə Şeitaat tayfasının yüzlərlə üzvü öldürülür. İD qərbli girovlarını qətlə yetirərək filmləşdirir.

Elə həmin ilin sentyabrında Birləşmiş Ştatlar İD-ə qarşı koalisiya yaradaraq raket zərbələrinə başlayır. Suriyanın kürd YPG qruplaşması yaraqlıları Türkiyə ilə sərhəddəki Kobanidən qaytara bilir.

2015-ci ildə yaraqlılar Parisdə bir satirik qəzetə və supermarketə hücumlar təşkil edirlər, bundan sonra dünyanın ayrı-ayrı yerlərində gerçəkləşdirilən qanlı hücumlara görə İD üzərinə götürür. Liviyadakı yaraqlılar xristianların başını kəsir, İD-ə sadiqlik ifadə edirlər. Başqa ölkələrdə də müxtəlif qruplar hücumlar təşkil edir, amma müstəqil fəaliyyət göstərirlər.

XİLAFƏTİN ÇÖKÜŞÜ NECƏ BAŞLANDI

İD mayda İraqın Ramadi şəhərini, Suriyanın qədim Palmirasını ələ keçirir, amma artıq ikin sonuna hər iki ölkədə geriləmə başlanır.

Bağuzdan qaçdıqlarını deyən İD yaraqlıları İraqla sərhəddə
Bağuzdan qaçdıqlarını deyən İD yaraqlıları İraqla sərhəddə

İraq 2016-cı ildə Fəllücəni geri alır. Avqustda isə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) kürd YPG-nin başçılığı ilə Münbici ələ keçirir.

Sərhədlərin yaxınlığında kürdlərin irəliləməsindən təşvişə düşən Türkiyə Suriya daxilində həm İD, həm də YPG-yə qarşı hücuma başlayır. Türkiyə və YPG-nin düşmənçiliyi İD-ə qarşı əməliyyatları çətinləşdirir.

“İslam Dövləti” 2017-ci ildə katastrofik məğlubiyyət yaşayır. İyunda İraq qüvvələri Mosulu geri alır və Bağdad xilafətin sonunu elan edir. Sentyabrda isə Suriya ordusu Rusiya və İranın dəstəyi ilə Deir al-Zoru qruplaşmadan təmizləyir, Fərat çayı üzərində dövlətin nəzarətini genişləndirir. Oktyabrda SDF İD-i Rəqqadan çıxarır.

2018-ci ildə Suriya hökuməti İD-I Dəməşqin cənubundakı Yarmukdan, eləcə də İsrailin nəzarətində olan Golan Yüksəkliyi ilə sərhəddən uzaqlaşdırır. SDF daha sonra Fərat çayı boyunca irəliləyir, İraq qüvvələri isə sərhəd regionun qalan hissəsinə nəzarəti bərpa edir.

Birləşmiş Ştatlar Suriyadan hərbçilərini çıxaracağını elan edir.

Artıq 2019-cu ildir və İD yaraqlıları Suriyada Bağuz kəndində mühasirəyə salınıb.

XS
SM
MD
LG