Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:05

737 Max təyyarələrində yeni proqram quraşdırılacaq


Boeing-in işçiləri 737 MAX 8-in fonunda, arxiv fotosu

Dünyanın ən böyük təyyarə istehsalçısı olan Boeing şirkəti bir neçə həftəyə 737 Max təyyarələri üçün yeni proqram quraşdıracağını bildirib. Son bir neçə ayda bu təyyarələr iki dəfə qəza edib.

Martın 10-da Efiopiya Hava Yollarına məxsus təyyarə qəzasında 157 nəfər həlak olub.

Bundan sonra bir neçə ölkə 737 Max təyyarələrini hava xətlərindən yığışdırıblar. Çünki qəzalar təyyarənin etibarlılığı sarıdan narahatlıq yaradıb.

Qərargahı Çikaqoda yerləşən şirkət martın 11-də yaydığı bəyanatda bildirir ki, oktyabrda İndoneziyada baş vermiş qəzadan sonra uçuşa nəzarətlə bağlı proqram üzərində işləyir.

Efiopiya Hava Yolları, Çin, İndoneziya, Meksika Boeing 737 Max təyyarələrindən istifadəni dayandırıb.

Boeing hazırda dünyada 350 737 Max təyyarəsindən istifadə olunduğunu, 2017-ci ildə təyyarə kommersiya istifadəsinə buraxılandan 5 mindən çox sifariş aldığını bildirir.

Böyük mühərrikləri olan bu təyyarələr yanacağı az işlədir.

XS
SM
MD
LG