Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:50

Təyyarədə partlayıcı aşkarlanmayıb


Təyyarə

Martın 12-də «Ural Hava Yolları» şirkətinə məxsus «Airbus A321» təyyarəsi Bakı vaxtı ilə saat 10:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskvaya yola salınıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

+++

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dünən, martın 11-də saat 14:15-də Bəhreyndən Moskvaya uçan «Ural Hava Yolları» aviaşirkətinə məxsus «Airbus-321»in Bakının Heydər Əliyev adına hava limanına məcburi enişi ilə bağlı məlumat yayıb.

DTX qeyd edib ki, Azərbaycan hava məkanından keçməklə Bəhreyn-Moskva marşrutu üzrə uçan təyyarədən Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer məntəqəsinə 222 sərnişinin və ekipaj üzvünün olduğu salonda partlayıcı vasitə mövcudluğuna dair yazının aşkar edildiyi barədə məlumat verilib. Təyyarə hava limanına məcburi eniş edib.

Məlumata görə, prezident İlham Əliyevin göstərişi ilə yaradılmış Qərargahın sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və başqa digər aidiyyəti dövlət orqanlarının məsul şəxsləri hava limanına gəliblər.

DTX bildirib ki, hava gəmisinin sərnişinləri, ekipaj üzvləri çevik təxliyə edilib, zəruri şəraitlə təmin olunub, psixoloji və digər yardıma ehtiyacı olanlara xüsusi diqqət göstərilib: «Hüquq-mühafizə orqanlarının mütəxəssislərindən ibarət əməliyyat-istintaq qrupu, xüsusi təyinatlı heyət tərəfindən texniki, kinoloji və digər vasitələrdən istifadə etməklə təyyarədə kompleks antiterror yoxlamaları aparılıb. Hava gəmisinə baxış keçirilib, hadisənin səbəbi ilə bağlı hərtərəfli araşdırmalara başlanılıb. Nəticədə təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz məlumatlar toplanılaraq rəsmiləşdirilib».

Təyyarə təcili Bakıya endi –bomba həyəcanı

Bəhreyndən Moskvaya uçan «Ural Hava Yolları» aviaşirkətinə məxsus «Airbus A321» təyyarəsi martın 11-i saat 15 radələrində Bakıda Heydər Əliyev hava limanına məcburi eniş edib.

Bakı aeroportunun mətbuat xidmətindən bildiriblər ki, qəza enişinin səbəbi gəmi komandirinin təyyarədə bomba ola bilməsindən şübhələnməsidir.

Aeroportun qəza-xilasetmə xidməti həyəcan siqnalı ilə hazırlıq vəziyyətinə gətirilib.

Təyyarədə ekipaj üzvləri ilə birgə 225 nəfər olub.

Komandir sərnişinlərin təcili təxliyə olunmaları haqda qərar qəbul edib.

Bakı aeroportundan bildiriblər ki, axtarışlar hələ davam edir, ictimaiyyətə əlavə məlumat veriləcək.

Multimedia

XS
SM
MD
LG