Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Finlandiya hökuməti səhiyyə islahatına görə istefa verir


Juha Sipilä
Juha Sipilä

Bu gün – martın 8-də Finlandiya hökuməti istefa verib. Səbəb səhiyyə islahatlarının iflasa uğramasıdır. Bununla da ölkədə siyasi boşluq yaranıb.

Prezident Baş nazir Juha Sipila-nın istefasını təsdiqləyib, hökumətdən yeni kabineti formalaşanadək onun vəzifəsini icra etməyi xahiş edib.

Cəmi bir ay sonra ölkədə parlament seçkisi keçirilməlidir. Təklif olunan səhiyyə islahatları isə hakim koalisiyanın ictimai xərcləri balanslaşdırması üçün vacib idi.

SİYASİ ƏNGƏL

Finlandiyanın əhalisi sürətlə qocaldığından səhiyyə xərcləri getdikcə maliyyə çətinlikləri yaşadır. Di gəl, bu xərclərin azaldılması tarixən irimiqyaslı bahalı səhiyyə sistemini təmin etmiş bu ölkədə siyasi əngələ çevrilir.

Finlandiyada məktəb
Finlandiyada məktəb

Sipila ona görə istefa verdi ki, “onun hökuməti səhiyyə islahatını tamamla bilmədi”, – Baş nazirin Mərkəz Partiyasının parlament qrupunun rəhbəri Antti Kaikkonen Twitter-də yazıb.

Son 12 il ərzində bir neçə hökumət islahatları müxtəlif formalarda həyata keçirməyə çalışıblar.

“Seçki aprelin 14-nə təyin olunduğundan indiki məqamda hökumətin istefası heç də böyük məsələ deyil. Amma yenə də eybəcər başlıqlara yol açır”, – Nordea maliyyə qrupunun baş təhlilçisi Twitter-də yazıb.

Hökumət bildirirdi ki, islahat Finlandiyada 2019-2029-cu illər ərzində dövlətin sosial və səhiyyə xərclərinin illik artımını 0,9 faizə məhdudlaşdıra bilər, hazırda bu göstərici 2,4 faiz səviyyəsindədir.

Sipila daha öncə demişdi ki, sağ mərkəzçi hökuməti səhiyyə və yerli idarəçilik islahatını həyata keçirə bilməsə, onu buraxacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG