Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:24

Balkarlar deportasiyanın 75 illiyini anır


Kabardino-Balkariyada mitinq

Rusiyanın Kabardino-Balkariya Şimali Qafqaz regionunda yaşayan balkarlar sovet lideri Josef Stalin tərəfindən Orta Asiyaya kütləvi deportasiyanın 75-ci ildönümünü qeyd edirlər.

Balkarlar türkdilli, əsasən müsəlman etnik qrupdur, təxminən 110 min nəfər olduqları bildirilir.

Martın 8-də regiondakı məscidlərdə 1944-cı ildə Qazaxıstan və Qırğızıstana deportasiya zamanı həlak olanlar üçün dua oxunub.

Kabardino-Balkariyanın başçısı vəzifəsini icra edən Kazbek Kokov deportasiyanı “böyük cinayət” adlandırıb.
https://glava.kbr.ru/kbr-events/speech/compellation/14032-2019-03-07-18-36-45.html

1944-cü il martın 8-də yarıdan çoxu qadınlar və uşaqlar olmaqla 38 minədək balkar Stalin rejimi tərəfindən Orta Asiyaya sürgün edilib. Onlar nasist Almaniyası ilə əməkdaşlıqda suçlanıb.

Deportasiyadan salamat çıxanlar 1957-ci ildə vətəninə qayıda bilib.

XS
SM
MD
LG