Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

İş yerlərində qadınlara ‘analıq cəzası’ – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

İş yerlərində kişilərlə qadınlar arasında uçurumun qalmayacağı gələcək yaxındadır, amma ona çatmaqdan ötrü böyük sıçrayış lazımdır, tərəddüdlü addımlar deyil. Bunu Beynəlxalq Əmək Təşkilatı 8 mart Beynəlxalq qadınlar günü münasibətilə açıqladığı hesabatında bildirir.

“Bunun baş verməsini reallaşdırmalıyıq və bu hesabat irəliyə yol göstərir”, – qurumun təmsilçisi Manuela Tomei deyib.

Beş il ərzində hazırlanmış hesabat üzə çıxarıb ki, son 27 ildə kişilərlə qadınların işə götürülmə səviyyəsindəki fərq iki faizdən də az azalıb. 2018-ci ildə qadınların kişilərə nisbətən işə götürülmə əmsalı 26 faiz az olub. Bu, ILO-Gallup 2017 hesabatıyla ziddiyyət təşkil edir. Həmin hesabatda deyilirdi ki, qadınların 70 faizi evdə oturmaqdansa işləməyə üstünlük verir və kişilər də bununla razılaşır.

Avropa kolleclərində gender uçurumu
Avropa kolleclərində gender uçurumu

Bundan başqa, 2005-2015-ci illərdə “işəgötürmədə analığın cəzası” 38 faiz artıb. Yəni, yaşı 6-dan az uşaqları olan analar körpə uşağı olmayan analara baxanda işəgötürənlərə daha az cəlbedicidirlər.

Son 30 ildə qadınların rəhbərlikdə təmsilçiliyi də az dəyişib. Menecerlərin üçdə birindən də azı qadınlardır, baxmayaraq ki, onların kişi həmkarlarından daha yaxşı təhsilli olma ehtimalı var. Hesabatda deyilir ki, qadınların daha az işə götürülməsi, daha az maaş almasının əsas səbəbi təhsil deyil, onların təhsilə görə kişilər kimi divident almamasıdır.

“Liderlikdə analıq cəzası” da varmış: menecerlərin yalnız 25 faizi yaşı 6-dan az övladı olan qadınlardır. Körpə uşağı olmayan qadınlar isə menecerlərin 31 faizini təşkil edir.

Ümumilikdə isə qlobal səviyyədə genderə görə maaş uçurumu 20 faiz təşkil edir. Analar iş həyatları boyunca “analığa görə maaş cəzası” çəkirlər, atalara isə maaş bonusu verilir, hesabatda belə deyilir.

Bu il zənginlərin işi pis getməyəcək

Qlobal iqtisadi mənzərənin elə də ürəkaçan olmamasına baxmayaraq, 2019-cu ildə dünyada sərvət yığımı sabit qalacaq. Knight Frank təşkilatı 2019-cu il Sərvət Hesabatını açıqlayıb. Hesabata görə, gələn beş il ərzində ultra-yüksək şəxsi sərvət sahiblərinin sayı 22% artacaq, yəni, 2023-cü ilədək daha 43 min nəfərin sərvəti 30 milyon ABŞ dollarını aşacaq.

Londonda zəngin rusiyalıların evləri
Londonda zəngin rusiyalıların evləri

Asiyanın güclü iqtisadi göstəriciləri bu il ABŞ dolları milyonçularının sayının ilk dəfə olaraq 20 milyon nəfəri keçəcəyi deməkdir.

Gələn 12 ay ərzində mövcud zənginlər sərvətlərini artıracaqlar.

Breksitin, yəni Britaniyanın AB-dən çıxmasının necə baş verəcəyindən asılı olmayaraq, London 2019-cu ildə qlobal sərvət mərkəzi kimi qalacaq. Dünyanın ən çox zəngini bu şəhərdə yaşayır və Şəhər Sərvəti İndeksində yeganə ciddi rəqibi olan Nyu Yorku ikinci yerə sıxışdırır.

Hesabatda qeyd olunur ki, bu il hökumətlər iki düşərgəyə bölünəcəklər: bir qismi daha çox sərvət cəlb etməyə çalışacaq, məsələn İtaliya kimi. Getdikcə daha artıq varlı miqrant qlobal gəlirlərinə görə 100 min avroluq vergi ödəmək əvəzində “şirin həyata” qovuşacaqlar. Amma bunun əksinə olaraq, Sinqapur, Avstraliya, Yeni Zelandiya, Kanada və Britaniya zəngin qeyri-rezidenlərin onların əmlak bazarlarına çıxışına daha böyük maneələr yaradır.

Amma əngəllərə rəğmən, zənginlər qlobal bazarlara çıxış tələb edəcəklər. Özəlliklə də, yeni yaranan iqtisadiyyatlarda artımın yavaşıdığı, diversifikasiya axtarışının gücləndiyi bir dönəmdə.

Bu arada OECD, AB kimi qurumlar vergidən yayınmayla mübarizə məqsədilə daha çox ölkəni nəzarətə məruz qoyacaq.

Kəlküttədə neft terminalı
Kəlküttədə neft terminalı

Hindistan İrana neft sanksiyalarında möhləti uzatmaq istəyir

Hindistan İrandan indiki kimi günə 300 min barrel neft alışını saxlamaq istəyir və Vaşinqtonla danışıqlar aparır ki, sanksiyalardan möhləti uzatsın. Bunu “Reuters” agentliyi Hindistanda iki mənbəyə istinadla yazır.

Bu danışıqlar Vaşinqtonla Yeni Dehli arasında ticarət gərginliyinin artdığı bir dönəmə düşür. Birləşmiş Ştatlar Hindistanla imtiyazlı ticarətə son verməyi planlaşdırır. İndiyədək Hindistandan 5,6 milyard dollarlıq məhsulun Birləşmiş Ştatlara rüsumsuz ixracına icazə verilirdi.

Nyu Dehli Vaşinqtondan xahiş edir ki, İrandan aya 1,25 milyon ton, yəni günə təxminən 300 min barrel neft almasına icazə versin, mənbələr belə deyir.

ABŞ ötən ilin mayında İranla nüvə sazişindən çıxıb, Tehrana sanksiyaları bərpa edib. Amma Vaşinqton İranın böyük neft alıcıları olan bir neçə ölkəyə neft idxalını məhdud həcmdə saxlamağa icazə verib. Möhlətin müddəti mayın 4-dək bitməlidir.

ABŞ Dövlət Departamentinin enerji bürosunun sözçüsü Vincent Campos Hindistanın xahişini təsdiqləməsə də, İran neftinin səkkiz alıcısı ilə danışıqların getdiyini deyib.

XS
SM
MD
LG