Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:15

Şimali Koreyada 11 milyon adam ‘yaxşı qidalanmır’


Şimali Koreya

BMT-nin hesablamasına görə, Şimali Koreyada 11 milyon nəfər “yaxşı qidalanmır”, təmiz içməli suya, əsas səhiyyə və sanitariyaya çıxışı yoxdur.

Martın 6-da BMT-nin Şimali Koreya üzrə rezident koordinatoru Tapan Mishra hesabat açıqlayıb. Hesabatda deyilir ki, “geniş yayılmış pis qidalanma uşaqların bütöv bir nəslinə təhdid yaradır, hər beş uşaqdan biri xroniki yeməməzliyə görə inkişafdan qalıb”.

Bu uşaqların “müalicə oluna bilən xəstəliklərdən ölmə riski” qarşısında olduğu qeyd edilir.

Hesabatda ötən il ərzaq istehsalının bir il öncəkindən 9 faiz olmasından “xüsusi narahatlıq” bildirilir. Bu göstərici son on ildə ən aşağı səviyyə sayılır və “ciddi ərzaq boşluğu” yaradıb.

Mishra-nın deməsinə görə, ən yoxsul təbəqənin 6 milyonunun əsas ehtiyaclarının ödənməsinə 111 milyon dollar istənilsə də, onun yalnız 24 faizi maliyyələşdirilib və bu, son 10 ildə ən az maliyyələşmə həddidir.

“Maliyyələşmənin bu səviyyədə azalması əməliyyatlara təsirini göstərir”, – Mishra vurğulayıb.

Bəyanatda qeyd edilir ki, BMT-nin Şimali Koreya üzrə Humanitar Ölkə Briqadası 2019-cu ilin Ehtiyacları və prioritetləri Planı üçün 120 milyon dollar istəyir.

24 milyonadək əhalisi olan Şimali Koreya hazırda BMT və ABŞ-ın sanksiyaları altındadır. Onlar Pxenyanın nüvə silahları və ballistik raket proqramlarından əl çəkməsini istəyirlər.

XS
SM
MD
LG