Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:58

'AzerGold' xaricə bir ton civə satıb


Çovdar filiz emalı sahəsi

«AzerGold» Qapalı Səhmdar Cəmiyyəti (QSC) civə ixracı ilə bağlı məlumat yayıb.

Qurumun bu gün, martın 6-da yaydığı məlumatda bildirilir ki, civənin ətraf mühitə və insan sağlamlığına zərər vurmadan utilizasiya edilməsi istiqamətində əməli tədbirlər görülür.

«Çovdar filiz emalı sahəsində istismar işləri zamanı çıxarılan filizin tərkibində qızıl və gümüşlə yanaşı, müəyyən miqdarda civə də mövcuddur. İnsan həyatı və ətraf mühit üçün təhlükəli olan bu element xüsusi civə tutan avadanlıqdan istifadə edilərək ayrılır. Təhlükəsizlik qaydalarına tam riayət olunmaqla qəbul edilmiş xüsusi standartlara uyğun qablaşdırılır», - məlumatda yazılıb.

Məlumatda bildirilir ki, Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1163 kiloqram civə Sinqapura ixrac edilib: «40000 manata yaxın mənfəət əldə edilib».

Xatırlatma

«AzerGold» QSC 2015-ci ilin fevralında prezidentin sərəncamı ilə yaradılıb.

Azərbaycanda qızıl və gümüş, əsasən, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Həmin müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanıb.

«AzerGold» QSC yaradıldıqdan sonra ölkə ərazisindəki başqa yataqlar üzrə də fəaliyyət göstərməyə başlayıb.

Multimedia

XS
SM
MD
LG