Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Fəal və ailəsi ‘təqib’ə görə Rusiyadan qaçıb


Mulyukin ailəsi
Mulyukin ailəsi

Rusiyanın Volqa regionundakı Samara şəhərindən insan haqları fəalı həyat yoldaşı və üç övladıyla birlikdə təqibdən qorunmaq üçün ölkədən qaçdığını deyir.

Aleksandr Mulyukin martın 5-də AzadlıqRadiosu-na deyib ki, hazırda o ailəsi ilə birlikdə Avropa Birliyinin bir ölkəsindədir, siyasi sığınacaq üçün müraciət edib.

49 yaşlı, diabet xəstəsi olan Mulyukinin sözlərinə görə, Samaradakı hakimiyyət ona və ailəsinə təzyiq göstərib və bütün bunlar onun ötən il pensiya islahatlarına etiraz aksiyalarına qatılmasından sonra baş verib.

“Biz Rusiyaya qayıda bilmərik, çünki mən orada təqibə məruz qala, sağlıq durumuma görə hətta ölə bilərəm”, – fəal vurğulayıb.

Aleksander Mulyukin
Aleksander Mulyukin

Mulyukin deyir ki, noyabrdan bəri Samaradakı apteklər ona gündəlik işlətdiyi insulin satmaqdan imtina edib.

“Durumla bağlı Səhiyyə Nazirliyi və prokurorluğa müraciət edəndən sonra telefonla tanımadığım adamlardan təhdid almağa başladım”, – Mulyukin söyləyib.

O, AzadlıqRadiosu-na deyib ki, özünün və həyat yoldaşının qohumları da Samaradakı hakimiyyət tərəfindən “psixoloji təzyiq”ə məruz qalıb.

Fəalın sözlərinə görə, mühacirətdə olan keçmiş maqnat Mikhail Khodorkovsky-nin yaratdığı Açıq Rusiya vətəndaş hərəkatın vəkilləri hazırda ona və ailəsinə yardım edir.

Mulyukin hansı ölkədə qaldıqlarını açıqlamayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG