Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Fevral, Cümə axşamı, Bakı vaxtı 04:52

Həcc ziyarəti 75 dollar bahalaşıb


Kəbə

Bu il Həcc ziyarəti məqsədilə Azərbaycana 2000 kvota ayrılıb.

Bunu Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.

İdarədən deyilib ki, 2018-ci ildə də kvota eyni olub, sadəcə yekunda 1440 nəfər sənəd verib.

İdarədən verilən məlumata görə, 2019-cu ildə Səudiyyə Ərəbistanındakı iqtisadi durumla əlaqəli qiymətlərdə fərq var, 75 dollar bahalaşma olacaq. Ötən il bir nəfərin ziyarəti 4150 dollar olmuşdu.

QMİ-nin açıqlamasına görə, 2019-cu ildə isə bu qiymət 4225 ABŞ dollar təşkil edəcək.

Ancaq bir qədər əvvəl bu qiymətin daha çox, 4285 dollar təşkil edəcəyi gözlənirdi.

Artıq fevralın 26-dan etibarən Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna başlanılıb və bu mayın sonuna kimi davam edəcək.

Zəvvarların Həcc ziyarətinə yola salınmaları avqust ayının əvvəlinə nəzərdə tutulur.

Xatırlatma

Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. 2018-ci ildə Azərbaycandan Həcc ziyarətinə 1440 nəfər getmişdi. Bir nəfərin ziyarəti 4150 dollar idi. Son illər zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG