Keçid linkləri

2024, 26 İyun, çərşənbə, Bakı vaxtı 00:01

Dünya xəbərləri

Moskvada Stalini anırlar

Moskvada anım tədbiri
Moskvada anım tədbiri

Moskvada sovet diktatoru İosif Stalinin ölüm gününə həsr olunmuş tədbirdə “Xalqın cəlladı, cəhənnəmdə yan” qışqıran etirazçını polis saxlayıb.

Qırmızı Meydanda “Yoldaş Stailin üçün iki qərənfil” adlı aksiyada polis həmin şüarı qışqıran fəalı saxlayıb.

Fəal abidəyə qərənfil ataraq, “Xalqın cəlladı, qadınların və uşaqların qatili, cəhənnəmdə yan” qışqırıb.

Kommunist Partiyasının Stalinin ölümünün 66 illiyi münasibətilə təşkil etdiyi aksiyaya 500-dək adam qatılıb.

Sovet İttifaqına 30 ilədək rəhbərlik etmiş Stalin 1953-cü il martın 5-də vəfat edib. Sovet repressiyaları birbaşa onun adıyla bağlıdır. Güllələnmə qərarlarının çoxunun altında şəxsən Stalinin imzası durur.

Repressiyaya məruz qalmamış ailə tapmaq çətindir, elə Stalinin öz ailəsi də ondan kənar qalmayıb. Müxtəlif illərdə NKVD əməkdaşları onun birinci arvadının qardaşını və bacısını, ikinci həyat yoldaşının bacısını və onun ərini, qızının keçmiş ərini, oğlunun həyat yoldaşını həbs ediblər.

Bütün xəbərləri izləyin

Çin zondu ilk dəfə Ayın qaranlıq tərəfindən torpaq gətirib

Ayın qaranlıq tərəfi
Ayın qaranlıq tərəfi

Çinin "Çanye-6" Ay zondu tarixdə ilk dəfə Yerin bu yeganə peykinin əks tərəfində toplanmış torpaq nümunələrini Yerə çatdırıb. Bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat verib.

Əvvəllər heç bir ölkə Ayın Yerdən görünməyən qaranlıq tərəfini belə tədqiq etməmişdi.

Ekspedisiya 53 gün davam edib. O, mayın 3 -də "Çançjen 5" daşıyıcı raketinin "Çanye-6" kosmik aparatı ilə Aya doğru buraxılması ilə başlayıb. Aparat Çin mifologiyasının ən məşhur simalarından biri sayılan Ay ilahəsinin adını daşıyır.

İyunun 2-dən 3-dək zond torpaq nümunələrini toplayıb və iyunun 4-də Ayın qaranlıq tərəfindən havaya qalxaraq tezliklə onun planlaşdırılmış orbitinə çıxıb. İyunun 25-də o, Çinin şimalındakı Daxili Monqolustan Muxtar Rayonuna enib.

Bu, Yer aparatının bu il Aya üçüncü enişidir. Yanvarda Yaponiyanın SLIM zondu, bir ay sonra isə Birləşmiş Ştatların "Intuitive Machines" şirkətinin cihazı oraya enib.

Ay torpağının tədqiqi alimlərə onun özünün və bütün Günəş sisteminin yaranma tarixini daha yaxşı anlamağa kömək edəcək.

Çin 2030-cu ilə qədər Aya insanlı missiya göndərməyə ümid edir. Çinin Ay proqramında tərəfdaşı Rusiyadır. ABŞ isə daha tez, "Artemis" proqramı ilə 2026-cı ildə və ya bir qədər sonra Aya astronavt göndərməyi planlaşdırır.

Assanj azadlığa buraxılıb

Culian Assanj London hava limanında təyyarəyə minir.
Culian Assanj London hava limanında təyyarəyə minir.

"WikiLeaks"in təsisçisi Culian Assanj həbsdən azad edilib.

"O, iyunun 24-də səhər saatlarında 1901 gün keçirdiyi Belmarş ciddi rejimli həbsxanasını tərk edib. London Ali Məhkəməsi onu girov əvəzi azad edib. ...O, təyyarəyə minərək Böyük Britaniyadan uçub", - təşkilatın X hesabında vurğulanır.

"The Washington Post" və CNN məhkəmə sənədlərinə istinadən bildirirlər ki, o, 18 ittihamdan biri üzrə təqsirini etiraf etmək üçün ilkin razılığa gəlib və bunun əvəzində sərbəst buraxılacaq.

Gözlənilir ki, iyunun 26-da Şimali Mariana adaları (Sakit Okeanın şərqində ABŞ ərazisi) məhkəməsi 5 il 2 ay həbs cəzası barədə qərar çıxaracaq. Assanj Londonda dəmir barmaqlıqlar arxasında o qədər vaxt keçirib.

ABŞ-də Assanj 2010-2011-ci illərdə Əfqanıstanda, İraqdakı müharibələrə dair xidməti sənədləri və diplomatik teleqramları yayımladığına görə casusluqda ittiham olunur. Bu ittihamlarla onu 175 ilə qədər həbs cəzası gözləyirdi. O, ittihamları, hələlik, qəbul etməyib.

2012-2019-cu illərdə "WikiLeaks"in qurucusu Ekvadorun Londondakı səfirliyində gizlənib. Ekvador Assanjın siyasi sığınacaq hüququnu ləğv edəndə Britaniya polisi onu tutub və bu ölkənin həbsxanasına göndərilib. Yerli məhkəmə 2022-ci ilin aprelində onun ABŞ-yə ekstradisiyasına dair qərar çıxarıb, müdafiə tərəfi apellyasiya şikayəti verib.

Keçən ilin martında London Yüksək Məhkəməsi Assanjın dərhal Birləşmiş Ştatlara ekstradisiya olunmayacağına qərar vermişdi.

Həbsxanada olarkən Assanjın səhhətinin pisləşdiyi bildirilir.

"WikiLeaks"in qurucusunun prokurorluqla sövdələşə biləcəyi barədə daha əvvəl "The Wall Street Journal" məlumat vermişdi. Bildirilirdi ki, o, təqsirini uzaqdan - Böyük Britaniyadan ekstradisiya olunmadan etiraf edə, ABŞ məhkəməsi hökm çıxararkən isə onun artıq çəkdiyi 5 il həbs cəzasını hesaba ala bilər.

Yeni Kaledoniyada etirazlar yenidən başlayıb

Yeni Kaledoniyada toqquşmalar. 24 iyun 2024
Yeni Kaledoniyada toqquşmalar. 24 iyun 2024

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları liderlərinin Fransaya ekstradisiyasından sonra etiraz aksiyalarını bərpa ediblər.

Regional hakimiyyət iğtişaşlar barədə xəbər verir. Bu gün, iyunun 24-də onlar bildiriblər ki, nümayişçilər yenidən yolları bağlayır və polis maşınlarını yandırırlar. Bundan əlavə, etirazçılar şimal kommunalarından birində bələdiyyə binasını yandırıblar, cənub kommunalarından birində isə əraziləri dağıdıblar.

Şənbə günü, iyunun 22-də Yerli Fəaliyyət Koordinasiya Təşkilatının (CCAT) rəhbəri Kristian Teyn Yeni Kaledoniyadan sürgün edilib. K.Teyn ötən həftə zorakı etirazları təşkil etmək ittihamı ilə həbs olunub. Onunla yanaşı, daha altı tərəfdarı Yeni Kaledoniyadan ekstradisiya edilib. Onların hamısı Fransa həbsxanalarında olacaq. Onların ailələri və tərəfdarları belə bir qərar gözləmədiklərini bildiriblər.

Kristian Teyn
Kristian Teyn
20 iyun

Yeni Kaledoniyanın müstəqillik lideri saxlanıb

Fransa polisi Yeni Kaledoniya müstəqillik hərəkatının lideri Kristian Teyni saxlayıb.

Bu barədə məlumat yayan AFP-nin bildirməsinə görə, ondan başqa daha 7 nəfər tutulub.

Onların hamısı mayın ortalarından Fransanın yurisdiksiyasında olan bu Sakit okean adalarında iğtişaşlar təşkil etməkdə şübhəli bilinirlər.

Bundan əvvəl rəsmi Paris iğtişaşların kənar ölkələrin, xüsusən də Azərbaycanın müdaxiləsi ilə təhrik edildiyini vurğulamışdı.

YAP-çıların hesabları bağlandı: "X" və "Meta" hərəkətə keçdi
Gözlə

No media source currently available

0:00 0:12:04 0:00
16 may

Fransanın daxili işlər naziri Jerald Darmanen Azərbaycanı Yeni Kaledoniyanın daxili işlərinə qarışmaqda və Sakit okean adasındakı iğtişaşlarla əlaqəli olmaqda ittiham edib.

Jurnalistin Azərbaycanın, Rusiyanın və ya Çinin Yeni Kaledoniyada baş verən iğtişaşlarla əlaqəsinin olub-olmaması ilə bağlı sualını cavablandıran nazir belə deyib: "Azərbaycana münasibətdə bu, fantaziya deyil, reallıqdır". O, Kaledoniyanın müstəqilliyinin tərəfdarlarından bəzilərinin Azərbaycanla sövdələşməsindən təəssüfləndiyini bildirib.

Rəsmi Bakı müdaxilə ittihamlarına cavab verib, onları "əsassız" adlandırıb və "təhqiredici" bəyanatlar kimi qiymətləndirib. "Fransanın daxili işlər naziri Jerald Darmanenin... "France-2" telekanalına müsahibəsində ölkəmizə qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia olunan münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuata açıqlamasında bildirilir.

Bu il aprelin 18-də Azərbaycan və Yeni Kaledoniya arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Fransanın daxili işlər naziri Jerald Darmanen Bakını buna görə tənqid edib.

Fransa Yeni Kaledoniyaya ordu yeridir

Sakit okeanın cənubunda Fransanın xüsusi inzibati-ərazi qurumu olan Yeni Kaledoniyanı iğtişaşlar, müstəqillik tərəfdarları və əleyhdarları arasında toqquşmalar bürüyüb. Etirazların Yeni Kaledoniyada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən qanuna görə başladığı açıqlanıb. İğtişaşlar zamanı ölənlər var, fövqəladə vəziyyət tətbiq edilib.

Baş nazir Qabriel Attal bildirib ki, Fransa hakimiyyəti fövqəladə vəziyyətin tətbiq olunduğu Yeni Kaledoniyada etirazlara görə ordunu cəlb etmək qərarına gəlib: "Silahlı qüvvələrin hərbçiləri Yeni Kaledoniya limanlarının və aeroportunun təhlükəsizliyini təmin etmək üçün yerləşdiriləcək".

Fransanın bu ərazi üzrə ali komissarı Lui Le Frank hərbi yardım istəyib, - Q.Attal daha sonra aydınlıq gətirib. Baş nazirin sözlərinə görə, Lui Le Frank Yeni Kaledoniyada TikTok-un dayandırılmasına da göstəriş verib və komendant saatı elan edib.

Etirazlara səbəb olan sənədin əleyhdarları hesab edirlər ki, bu, yerli əhalinin seçki imkanlarını zəiflədəcək və Parisin təsirini artıracaq. Aprelin əvvəlində qanun layihəsini Fransa Senatı, mayın 14-də isə Milli Assambleya (parlamentin aşağı palatası) təsdiqləyib. Yekun təsdiq iyunun əvvəlinə planlaşdırılır.

Etirazlar daha sonra da iğtişaşlara, qırğınlara və polislə toqquşmalara çevrilib. Səlahiyyətlilərin məlumatına görə, üç yerli sakin, həmçinin bir fransız polisi həlak olub.

2018-ci ildən 2021-ci ilə qədər Yeni Kaledoniyada Fransadan müstəqillik əldə etmək üçün üç referendum keçirilib, onlar müstəqillik tərəfdarlarının məğlubiyyəti ilə başa çatıb.

Dağıstanda terror işi ilə bağlı 'Vahid Rusiya'nın şöbə katibi saxlanılıb [Video]

Sinaqoq və kilsəyə hücum edənlərlə təhlükəsizlik qüvvələri arasında atışma
Sinaqoq və kilsəyə hücum edənlərlə təhlükəsizlik qüvvələri arasında atışma

Dağıstanda Serqokalin rayonunun rəhbəri və "Vahid Rusiya" partiyasının yerli şöbəsinin katibi Maqomed Omarov saxlanıb, evində axtarış aparılıb.

TASS-ın məlumatına görə, bazar günü, iyunun 23-də sinaqoq və polisə hücumda Omarovun iki oğlu, eləcə də qardaşı oğlu iştirak edib.

İyunun 23-də Dərbənddə sinaqoq və pravoslav kilsə avtomat silahlardan atəşə tutulub. Eyni vaxtda naməlum şəxslər Mahaçqalada yol-patrul xidmətinin postuna hücum edib, daha sonra hadisə yerinə gələn polislərlə atışmaya giriblər.

Hücumlar nəticəsində 15-i polis olmaqla 20-dək şəxsin həlak olduğu deyilir. Onların arasında Dərbənddəki Müqəddəs Məryəm Şəfaət Kilsəsinin baş keşişi Nikolay Kotelnikov da var.

Dağıstan rəhbəri bildirib ki, bir gün əvvəl Mahaçqala və Dərbənddə elan edilmiş əks-terror əməliyyatının aktiv mərhələsi başa çatıb, altı hücumçu öldürülüb. İstintaq Komitəsi olayları terror aktı kimi dəyərləndirib və buna uyğun cinayət işi açıb.

Ermənistan səfiri İsrail XİN-ə çağırılıb

ABŞ-a qarşı etiraz aksiyası zamanı tüstülər arasında dayanan bir oğlan Fələstin bayrağını tutur.
ABŞ-a qarşı etiraz aksiyası zamanı tüstülər arasında dayanan bir oğlan Fələstin bayrağını tutur.

İsrail Xarici İşlər Nazirliyi (XİN) Ermənistan səfirini bu quruma dəvət edərək Fələstin Dövlətinin tanınmasına etiraz edib.

XİN-in məlumatına görə, səfir Arman Akopyan Fələstinin tanınmasına görə rəsmi Təl-Əvivdən "şiddətli töhmət" alıb.

Ötən ilin oktyabrında Qəzzada müharibə başladıqdan sonra bir sıra dövlətlər - Sloveniya, İrlandiya, İspaniya, Norveç Fələstinin müstəqilliyini tanıyıb.

İsrail müxtəlif dərəcəli diplomatik addımlarla Fələstini tanıyan ölkələrlə münasibətlərini yenidən nəzərdən keçirir.

Ermənistan Fələstin Dövlətini tanıyıb

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Fələstin Dövlətini tanındığını rəsmən elan edib.

"İsrail-Fələstin münaqişəsinin həlli üçün "iki dövlət" prinsipini dəstəkləyirik", - nazirliyin saytında yer alan bəyanatda bildirilir.

Xatırladılır ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının Qəzza zolağında dərhal atəşkəsə çağıran qətnaməsinə qoşulub.

Xatırlatma

İsrail-Fələstin münaqişəsinin tarixi ötən əsrin ortalarına gedir. 1947-ci ildə BMT Baş Assambleyası Fələstin ərazisinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Yerusəlimin (Qüds) qurumun nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verib. Bunu İsrail qəbul etsə də, bəzi ərəb ölkələri ona qarşı çıxıb. Nəticədə tərəflər arasında münaqişə yaranıb.

Sonradan bəzi ərəb ölkələri də, BMT kimi, İsraili müstəqil dövlət kimi tanıyıblar.

Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir.

update

Mirzoyan Tixanovskaya ilə görüşüb

Ararat Mirzoyan Svetlana Tixanovskaya ilə görüşür
Ararat Mirzoyan Svetlana Tixanovskaya ilə görüşür

İyunun 20-də Vilnüsə səfəri çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

Görüşün təfərrüatları açıqlanmır.

"Lukaşenko rejiminə qarşı qətiyyətli mövqeyinə görə Ermənistana təşəkkür etdim, Ermənistanla demokratik qüvvələrimiz arasında sıx əməkdaşlığın davam etdiriləcəyinə ümidimi bildirdim", - Tixanovskaya X-dəki mikrobloqunda yazıb.

14 iyun

'Politico' Belarusun Azərbaycana silah tədarükündən bəhs edir

Bakı Yerevanla müharibədə eskalasiyadan əvvəl Minskdən dronlar, artilleriya və radio-elektron mübarizə (REM) üçün yeni avadanlıqlar alıb.

"Politico" bunun məxfi sənədlərdə aşkar olunduğunu bildirir. Belarus və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxildir.

"Politico" ondan çox məxfi məktub, diplomatik notlar, veksellər və ixrac pasportlarına istinadla yazır ki, Belarus Azərbaycana qabaqcıl silahlar verib.

Nəşrin məlumatına görə, 2018-ci ildən 2022-ci ilə qədər Minskdən Azərbaycan ordusuna yardım göstərilib. Xidmətlərə köhnə artilleriya avadanlıqlarının modernləşdirilməsi, REM və pilotsuz sistemlər üçün istifadə olunan yeni texnikanın tədarükünün daxil edildiyi bildirilir.

Araşdırılan sənədlər arasında Belarus Dövlət Silah İxracı Agentliyinin öz hərbi-sənaye firmalarına Bakı üçün müasir artilleriya avadanlıqlarının sifarişi ilə bağlı məktubları, habelə iki dövlət arasında Azərbaycan ordusuna "Qroza-S" pilotsuz uçuş aparatları ilə mübarizə stansiyalarının alınması ilə bağlı yazışmalar daxildir.

"Politico"nun əldə etdiyi sənədlərdən birində bildirilir ki, Belarus müəssisələri "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin geri qaytarılmasında", həmçinin, Belarus mal və xidmətlərinin bu ölkəyə ixracında fəal rol oynayır.

Məqalədə bildirilir ki, kağız üzərində Aleksandr Lukaşenko Ermənistanın müttəfiqi olsa da, o, əvvəllər Azərbaycan prezidenti İlham Əliyevi "bizim adamımız" adlandırıb və KTMT-nin ona qarşı çıxmasının "səhv" olacağını deyib.

Əliyev isə, öz növbəsində, 2022-ci ildə bəyan edib ki, "KTMT-də dostumuz Ermənistanınkından daha çoxdur ".

Ekspertlərin fikrincə, Moskvanın ən yaxın müttəfiqlərindən biri olan Belarus Kremlin üstüörtülü dəstəyi olmadan hərəkət edə bilməzdi.

13 iyun

Kreml Ermənistanın KTMT-də qalacağına ümid edir

Rusiya Ermənistanın hələ də onun müttəfiqi olaraq qalacağına ümid edir.

Bunu iyunun 13-də Kremlin sözçüsü Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə dair bugünlərdə verdiyi bəyanatları şərh edərkən deyib: "Biz erməni dostlarımızla işləməkdə davam edəcəyik. Biz mövqeyimizə aydınlıq gətirəcəyik. Əlbəttə, ümid edirik ki, bütün hallarda partnyorluq və müttəfiqliyimizə sadiq qalacağıq".

Paşinyanın KTMT bəyanatlarına Rusiya XİN də münasibət bildirib. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova Yerevanı KTMT üzvlüyü ilə bağlı "sonsuz" deyinməni dayandırmağa çağırıb: "Biz milyon dəfə demişik ki, KTMT hər bir kəsin könüllü qoşulduğu strukturdur. Burada iştirakçı ölkələrə təzyiq göstərilməsi üçün komanda və ya inzibati sistem yoxdur. Burada qarşılıqlı hörmətli dialoq var. Burda heç kim heç kimi güclə tutub saxlamayıb".

***

Ermənistanın Belarusdakı, Belarusun Ermənistandakı səfirləri məsləhətləşmələr üçün geri çağırılıb.

Aleksandr Lukaşenko və Nikol Paşinyan
Aleksandr Lukaşenko və Nikol Paşinyan

Paşinyan bir daha Belarusa getməyəcəyini bildirib

Ermənistan baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini bildirib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə mürəkkəb münasibətlərindən danışan bu ölkənin baş naziri Belarus prezidentinin məlum qalmaqallı bəyanatını xatırladıb.

"KTMT ölkələrinin liderlərindən biri müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını bildirir. Bundan sonra mən Belarus rəhbəri ilə KTMT formatında nəyisə müzakirə etməyə gedəcəm?", - deyən Paşinyan, bununla belə, Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində təmasları istisna etməyib.

"Bundan sonra bir daha Belarusa getməyəcəm. Nə qədər ki, Belarusda prezident Aleksandr Lukaşenkodur. Ümumiyyətlə, bəyan edirəm ki, bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa getməyəcək", - Paşinyan vurğulayıb.

O bildirib ki, KTMT çərçivəsində münasibətlərdə "məsələn, Belarus özü KTMT-dən çıxmaq qərarına gələrsə və ya Lukaşenko erməni xalqı üçün məqbul qaydada üzrxahlıq etsə, nəzəri olaraq dəyişiklikləri istisna etmək olmaz".

Paşinyanın KTMT ilə bağlı sözlərinin səhv anlaşıldığı bildirilir

Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı sözləri səhv anlaşılıb. Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Əgər kimsə iddia edirsə ki, baş nazir Ermənistanın KTMT-dən çıxdığını deyib, o yanılır", - Mirzoyan Milli Assambleyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Paşinyan bildirib ki, Yerevan təşkilatdan nə vaxt çıxacağına qərar verəcək və sonra geri qayıtmayacaq: "Bu deyilib, nə az, nə çox".

Söhbət Paşinyanın iyunun 12-də parlamentdə hökumət saatı zamanı KTMT ilə bağlı dediyi sözlərdən gedir. "Çıxacağıq. Nə vaxt çıxacağımıza qərar verəcəyik. Bəs sizcə, növbəti addım nə olmalıdır?", - baş nazir bildirib.

O, KTMT-ni "köpük ittifaqı" adlandırıb. Deyib ki, onun üzvləri Azərbaycanla birlikdə Ermənistana qarşı müharibə planlaşdırıb.

Paşinyan onu da əlavə edib ki, Yerevan təşkilatdan çıxanda geri qayıtmayacaq: "Başqa yol yoxdur".

5 iyun

Yerevan Moskva ilə təmaslardan qaçır

"Ermənistan xarici işlər və müdafiə nazirlikləri xətti ilə Rusiya ilə təmaslara maraq göstərmir. Bu da Qərbin təzyiqinin nəticəsidir". Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin görüşü olmayıb. Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr üçün başqa planın işlənib hazırlanması və yekunlaşdırılması təklifimizə tərəfdaşlar maraq göstərmədilər. Müdafiə nazirlikləri arasında əlaqələrin dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim günahımız deyil. Hərbi-texniki əməkdaşlıq da geriləyib. Biz bunu Yerevanı ölkəmiz ilə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərbçilərin təzyiqinin nəticəsi kimi görürük", - nazir müavini qeyd edib.

Bununla belə, o, ümidvar olduğunu bildirib ki, Ermənistan hakimiyyəti problemli məqamların aradan qaldırılması istiqamətində işləmək barədə açıq səsləndirdiyi niyyətini əməldə sübut edəcək: "Biz buna hazırıq".

Eyni zamanda, M.Qaluzin Moskva ilə Yerevan arasında ikitərəfli təmasların kəsilmədiyinə işarə edib: "Bu yaxınlarda, mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında ətraflı söhbət olub. Rusiya hökumətinin sədri Mixail Mişustin fevralda erməni həmkarı ilə görüşüb".

Paşinyan: 'Ən azı iki KTMT ölkəsi bizə qarşı müharibədə iştirak edib'

Mayın 22-də parlamentdə hökumət saatında Ermənistan baş naziri Nikol Paşinyan Belarus liderinin bugünlərdə Bakıda verdiyi bəyanatı şərh edib.

Lukaşenko Azərbaycanda səfərdə olarkən Əliyevə deyib: "Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar".

Paşinyan vurğulayıb ki, Azərbaycan prezidenti ilə görüşdə Belarus prezidenti onun dörd ildir Ermənistana demək istədiyini deyib: "2020-ci ildə 44 günlük müharibəyə hazırlıqda biz yox, müttəfiqlərimiz iştirak edib. Mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ən azı iki ölkəni tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib. Bu ölkələr bizə kömək etmək istədiklərini təqlid edirdilər. Amma o müharibə Dağlıq Qarabağla bağlı deyildi. Onlar Dağlıq Qarabağ məsələsini çoxdan özləri üçün bağlayıblar. Həmin müharibə Ermənistana aid gözləntilərin doğrulmaması ilə bağlı idi. Müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin mövcudluğuna son qoymaq idi. 9 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı".

Paşinyan 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında oxşar cəhdlərin edildiyini, lakin uğursuz nəticələndiyini vurğulayıb. "2024-cü il mayın 9-da bir daha cəhd etdilər, amma yenə alınmadı və alınmayacaq", - o sözlərinə əlavə edib.

Bundan əvvəl Paşinyan bildirmişdi ki, KTMT-ə etibar etmək olmaz. (Quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir) Onun iddiasına görə, KTMT 2021 və 2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədlərini pozması zamanı cavab mexanizmlərindən istifadə etməyib. Təşkilatdan o zaman sərhədlərin delimitasiya edilməməsi ilə bağlı bəyanat səslənmişdi.

Azərbaycan rəsmiləri isə Ermənistan sərhədlərinin pozulmasını təsdiq etməmişdi.

+++

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi son bəyanatında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hansı üzvlərini nəzərdə tutduğuna aydınlıq gətirməyə çağırıb: "Düzünü desəm, mənim üçün Ermənistan Baş nazirinin hansı ölkələrdən danışması maraqlıdır. Bunu biz özümüz təxmin etməliyik, yoxsa sonradan o, hansı ölkələri nəzərdə tutduğunu özü deyəcək? Düşünürəm ki, söhbət belə ciddi bəyanatlardan gedəndə həmin ölkələrin buna münasibət bildirməsi məntiqli olardı".

Zaxarovanın sözlərinə görə, Rusiya Ermənistanın özünü "atılmış və tərk edilmiş" kimi hiss etməməsi üçün mümkün olanı edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Moskvada güclü qasırğada azı iki nəfər ölüb [Videolar]

İyunun 20-də Moskvada güclü qasırğa zamanı azı iki nəfər ölüb, azı 10 nəfər xəsarət alıb.

Bu barədə məlumatı RIA Novosti agentliyi və “Ostorojno, Moskva” teleqram kanalı yayıblar.

Moskva İstintaq Komitəsinin məlumatına görə şəhərin şimalında yıxılan ağacın altında qalan 79 yaşlı kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.

"Ostorojno, Moksva” yazır ki, bu hadisə Timiryazev parkının yaxınlığında baş verib.

RIA Novosti fövqəladə xidmətlərə istinadla bildirir ki, Moskvanın mərkəzində daha bir nəfər müvəqqəti tikinti qurğusunun aşması nəticəsində həlak olub.

Mash teleqram kanalı bildirir ki, bu hadisə Bauman adına texniki universitetin kimya laboratoriyasının qarşısında baş verib.

Məlumata görə həlak olan fəhlə tikinti qurğusunun üstündən yerə düşməyə macal tapmayıb.

112 teleqram kanalı məlumat verir ki, qasırğadan azı 14 Moskva sakini zərər çəkib.

Avtomobillərə, evlərin dam örtüklərinə və reklam lövhələrinə ciddi ziyan dəyib.

Baza teleqram kanalı xəbər verir ki, Moskva rayonlarından birində ağac, içində hamilə qadın olan avtomobilin üstünə düşüb.

Xilasedicilər qadını maşından çıxararaq xəstəxanaya çatdırıblar.

Şirokaya küçəsində ağac, içərisində iki yaşlı körpə olan uşaq arabasının üstünə düşüb. Beyin zədəsi almış uşağı xəstəxanaya yerləşdiriblər.

Moskva hakimiyyət orqanları bundan bir gün əvvəl paytaxt sakinlərinə evlərindən çıxmamaları üçün xəbərdarlıq etmişdi.

İyunun 20-də səhərdən Moskvadakı bütün parklar bağlıdır.

Cənubi Koreya Ukraynaya silah verə bilər

Vladimir Putin və Kim Çen In Pxenyan şəhərində ikitərəfli danışıqların yekunlarına dair imzalanma mərasimində.
Vladimir Putin və Kim Çen In Pxenyan şəhərində ikitərəfli danışıqların yekunlarına dair imzalanma mərasimində.

Cənubi Koreya Rusiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında əməkdaşlıq və müdafiə sazişi bağlandıqdan sonra Ukraynaya silah tədarükü məsələsinə baxa bilər.

"Yonhap" agentliyi xəbər verir ki, bu barədə ölkənin milli təhlükəsizlik müşaviri Çanq Ho-cin mətbuat konfransında bildirib.

"Hökumət ciddi narahatlığını ifadə edir və sazişin imzalanmasını pisləyir", - Çanq deyib. Onun sözlərinə görə, Şimali Koreyanın hərbi cəhətdən güclənməsinə birbaşa və ya dolayısı ilə töhfə verən istənilən əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.

Cənubi Koreya dünyanın ən böyük silah təchizatçılarından biridir. Lakin Seul Ukraynaya silah vermir. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda iki ölkə arasındakı münasibətlərdə bunu dəyərləndirdiyini bildirib. Dünyanın bir sıra media orqanlarına görə isə, Cənubi Koreya mərmiləri ABŞ-a verilə bilərdi ki, Vaşinqton da, öz növbəsində, onları Ukraynaya göndərə bilsin.

Cənubi Koreya prezidentinin ofisində "Yonhap"ın həmsöhbəti təchizat məsələsinə yenidən baxıldığını nə təsdiq, nə də təkzib edib. Onun sözlərinə görə, Seul, hələlik, bu məsələni açıq şərh etməyəcək. "Konkret tədbirlər barədə daha sonra məlumat veriləcək, biz planları əvvəlcədən açıqlamaq istəmirik, bizə Rusiyanın reaksiyası maraqlıdır", - Koreya rəsmisi deyib.

1948-ci ilə qədər bir ölkə olan Cənubi və Şimali Koreya 1950-ci ildən rəsmi olaraq müharibə vəziyyətindədir. 1953-cü ildə, yüz minlərlə insanın ölümünə səbəb olan aktiv hərbi əməliyyatlardan sonra atəşkəs imzalayıblar, o vaxtdan bəri sülh müqaviləsi bağlaya bilmirlər. Cənubu NATO ölkələri, Şimalı isə Rusiyanin varisi olduğu SSRİ dəstəkləyib.

19 iyun

'Şimali Koreyaya hücum olarsa…' - Putin

İyunun 19-da Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen In ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb.

Putin Pxenyanda səfərdədir.

"Bu gün imzalanmış hərtərəfli tərəfdaşlıq sazişi iştirakçılardan birinə təcavüz olacağı təqdirdə qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutur", - V.Putin bildirib.

Hələ, iyunun 17-də Rusiya prezidentin köməkçisi Yuri Uşakov demişdi ki, sazişdə təhlükəsizlik məsələləri də nəzərə alınacaq və bir neçə sənədi, o cümlədən SSRİ dövründən olanları əvəz edəcək.

Putin Şimali Koreyaya gəlib

Rusiya prezidenti Vladimir Putin iyunun 18-də Şimali Koreyaya gəlib. Onu təyyarə trapının yanında Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbəri Kim Çen In qarşılayıb.

KXDR Rusiyanı Ukraynaya təcavüz və həmin ölkənin Krım bölgəsinin ilhaq edilməsində dəstəkləyən azsaylı ölkələrdən biridir.

Putin bu ölkəyə ikinci dəfədir səfər edir. Onun ilk səfəri hələ 2000-ci ildə olmuşdu.

Şimali Koreyanın Rusiya ordusunu artilleriya sursatı və raket sistemləri ilə təchiz etdiyi ehtimal olunur.

Moskvanın isə BMT Təhlükəsizlik Şurasının onun özünün də səs verdiyi qətnamələrini pozaraq Pxenyana raket proqramında köməklik göstərdiyi ehtimal edilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin sentyabrında demişdi ki, Moskva bir çox BMT qətnamələrindən imtina edir, onlar başqa geosiyasi şəraitdə qəbul olunub.

Azərbaycan yeni təcavüzə doğru gedir - Ermənistan XİN

CAESAR
CAESAR

Müasir hərbi texnika ilə silahlanmış orduya malik olmaq hər bir ölkənin suveren hüququdur.

Bunu Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Bakının Fransa ilə bağladıqları yeni silah sazişi ilə əlaqəli tənqidinə cavab olaraq bildirib.

Ermənistan və Fransa iyunun 18-də CAESAR artilleriya sistemlərinin alınması ilə bağlı müqavilə imzaladıqlarını açıqlayıblar.

Bakı bu sövdələşməni pisləyib və bildirib ki, "Cənubi Qafqazda yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq".

Rəsmi Yerevan Azərbaycanın hər fürsətdə regional eskalasiyanı proqnozlaşdırmaq praktikasından narahat olduğunu bildirib: "Bu, bir sıra beyin mərkəzləri ekspertlərinin təhlilini təsdiqləyir ki, Azərbaycan 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 sammitinin sonunda Ermənistana yeni təcavüzə başlamaq məqsədilə onunla sülh sazişi bağlamaq prosesini pozmaq üçün hər şeyi edəcək".

Rəsmi Bakının ittihamına Fransa rəsmilərinin münasibəti, hələlik, bəlli deyil.

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in bəyanatına cavab verib.

"Kütləvi silahlanma siyasətinin Ermənistanın suveren hüququ olması barədə iddia ilə əlaqədar qeyd edək ki, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə məlum olmalıdır", - cavab açıqlamasında qeyd edilir.

Vurğulanır ki, "30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, qonşularına qarşı ərazi iddialarını davam etdirən, təcavüzkar əməllərini məhz Azərbaycanın atdığı addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır".

18 iyun

Fransa Ermənistana CAESAR haubitsaları verəcək

Yerevan və Paris Fransanın CAESAR özüyeriyən artilleriya qurğusunun tədarükünə dair müqavilə imzalayıblar, - Fransanın müdafiə naziri Sebastyan Lekornyu X sosial şəbəkəsində bildirib.

"Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ CAESAR toplarının alınması üçün kontraktın imzalanmasıdır", - Lekornyu vurğulayıb.

CAESAR - zirehli kabinli "Renault Sherpa 10" yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır. Ən müasir mərmilərdən istifadə edərkən uçuş məsafəsi 55 kilometri keçə bilir. Ukraynada davam edən müharibədə fəal istifadə olunur.

16 aprel

Hindistan Ermənistana silah satmasından Azərbaycanın narazılığına cavab verib

Hindistanın Bakı və Yerevanla yaxşı əlaqələri var, lakin Yeni Dehli də müdafiə təyinatlı məhsullarının ixracını təşviq etməyi düşünür. Bunu aprelin 25-i brifinqdə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval ölkəsinin Ermənistana silah tədarük etməsi ilə bağlı Azərbaycanın tənqidlərinə dair sualı cavablandırarkən deyib.

"Bizim həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərimiz var, lakin biz Hindistanın müdafiə ixracatını təşviq etmək siyasətini də həyata keçiririk", - Caysval bildirib.

Aprelin 23-də Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı necə silahlandırdığını görüb, sakit oturub gözləyə bilməz: "Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq".

Ermənistanın yeni aldığı deyilən antidron sistemləri necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Yerevanda olarkən Ermənistan-Yunanıstan-Fransa-Hindistan arasında hərbi sahədə dördtərəfli əməkdaşlığı istisna etməyib.

Hindistanın ANI agentliyinin məlumatına görə, Ermənistan Hindistandan ümumi dəyəri 600 milyon dollar olan 15 ədəd "Akaş" zenit-raket kompleksi alıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi üzündən Azərbaycan və Ermənistan arasında zaman-zaman hərbi toqquşmalar baş verib. Hazırda iki ölkə arasında sülh danışıqları aparılır.

Məkkədə azı 550 zəvvar ölüb

Müsəlman zəvvarlar dincəlirlər
Müsəlman zəvvarlar dincəlirlər

Səudiyyə Ərəbistanında Həcc (müsəlmanların Məkkəyə illik həcc ziyarəti) zamanı ən azı 550 zəvvar ölüb.

Bu barədə AFP islam ölkələrindəki diplomatik mənbələrə istinadən xəbər verir.

Ölənlər arasında dörd rusiyalı - bir kişi və üç qadın da var. Onların elə Məkkədə dəfn olunacaqları gözlənir.

AFP-nin məlumatına görə, ölənlərdən 323-ü Misir, azı 60-ı isə İordaniya vətəndaşıdır. Basabasda ölümcül xəsarət alan bir nəfər istisna olmaqla, onların hamısının istidən öldüyü bildirilir.

Bu il Məkkədə termometr müsbət 53 dərəcəyə çatır. Agentliyin məlumatına görə, bu sayda ölüm qeydiyyatsız zəvvarların çoxluğu ilə əlaqədardır, onların gəlişi düşərgələrdə xaosa səbəb olub.

Misirin bir rəsmisinin sözlərinə görə, zəvvarlar uzun müddət yeməksiz, susuz və kondisionersiz qalıblar, sığınacaq yeri olmadığı üçün ölüblər.

1500-dən çox miqrant Rusiyadan çıxarılır

Moskvanın miqrasiya mərkəzində qeydiyyatdan keçmək üçün növbə (Foto arxiv)
Moskvanın miqrasiya mərkəzində qeydiyyatdan keçmək üçün növbə (Foto arxiv)

İyunun 3-dən 7-dək Moskva vilayətində keçirilən "Qeyri-leqal 2024" əməliyyatının nəticələrinə görə 1500-dən çox xarici vətəndaş Rusiyadan çıxarılacaq. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Rəsmi açıqlamaya görə, yoxlamanın məqsədi qeyri-qanuni miqrasiyaya ilə mübarizə, o cümlədən inzibati xətaların və cinayətlərin müəyyən edilməsi olub. Nəticədə polisin 5 min 300-dən çox inzibati xətanın qarşısını aldığı, 19.5 milyon rubl (229 min 417 ABŞ dolları) məbləğində cərimələr yazıldığı bildirilir.

Bundan əlavə, 413 cinayət işi başlanıb (ən çox miqrantın qondarma qeydiyyata alınması maddəsi ilə).

2024-cü ilin dörd ayında Moskva polisi paytaxtda yaşayan 2 mindən çox miqrantı ölkədən çıxarıb. Daha 350 nəfər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. 2 mindən çox miqrant qeyri-qanuni işə görə inzibati məsuliyyətə cəlb edilib, ümumilikdə onlar 100 milyon rubla (1 milyon 176 min 500 dollar) yaxın cərimələnib.

Mayın sonunda "Vedomosti" Rusiya DİN-in ərazi orqanlarının miqrasiya idarələrinin məlumatlarına istinadən yazırdı ki, bu ilin birinci rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə ölkədən iki dəfə çox – 22 min xarici vətəndaş çıxarılıb.

AzadlıqRadiosunun müxbiri həbsdə qaldı

Alsu Kurmaşeva məhkəmədə
Alsu Kurmaşeva məhkəmədə

İyunun 18-də Tatarıstan Ali Məhkəməsi AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin müxbiri Alsu Kurmaşevanın həbsdə saxlanmasına dair qərar qəbul edib.

Kommersant qəzeti jurnalistin vəkilinə istinadla yazıb ki, Kurmaşeva həbsin “heç olmasa ev məhbusluğuna” dəyişdirilməsini istəyirdi.

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, məhkəmə dinləməsi qapalı keçirilib.

Beləliklə də ali məhkəmənin hakimi Rizvan Yusupov Kazan şəhəri Sovet rayonu məhkəməsinin Alsunun avqustun 5-dək həbsdə saxlanmasına dair qərarını qüvvədə saxlayıb.

Alsu Kuyrmaşeva artıq 7 aydan çoxdur ki, həbsxanadadır. Onun barəsində iki cinayət işi açılıb.

O “xarici agentlərin” reyestrində qeydiyyata düşmək üçün özü barədə məlumatların verilməməsində və Rusiya ordusu haqqında saxta məlumatların yayılmasında ittiham olunur. Jurnalist özünün hər iki ittiham üzrə təqsirli bilmir.

Aprelin 1-də keçirilən son dinləmədə Kurmaşeva səhhətindəki problemlərin kəskinləşdiyini bildirmişdi.

Jurnalist bunu da bildirib ki, uşaqlarının səsini son dəfə ötən ilin oktyabrında eşidib.

AzadlıqRadiosunun prezidenti Stiven Kapus Alsu Kurmaşevanın həbs müddətinin uzadılması ilə bağlı bunları demişdi:

"Bu lüzumsuz və qəddar təqibdə ədalətsizliklər hər gün bir az da artır. Alsunun bir ABŞ vətəndaşı kimi hüquqları onu məhbəsə atan və 227 gündür ki, həbsdə saxlayan Rusiya hökuməti tərəfindən pozulub...Bu müddət ərzində Alsuya sevimli əri və uşaqları ilə bir dəfə də olsun danışmaq imkanı verməyiblər. ABŞ-ın ona konsul xidməti göstərməsinə imkan verilmir...”

Aprelin sonlarında ABŞ prezidenti Co Bayden Vladimir Putini Alsu Kurmaşevanı, habelə The Wall Street Journal qəzetinin təcridxanada saxlanan müxbiri Evan Gerşkoviçi azad etməyə çağırmışdı.

Bundan əvvəl

AzadlıqRadiosunda 25 ildir ki, çalışan Kurmaşeva ötən il mayın ortalarında doğmalarından birinə görə təcili olaraq Çexiya paytaxtından Tatarıstana gəlmişdi.

Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, o vaxtdan Rusiyadan çıxa bilməyib.

Bir neçə gündən sonra jurnalistə qarşı “ikinci vətəndaşlığını bəyan etməmək” ittihamı ilə cinayət işi açılmışdı.

O vaxt Alsudan Rusiyanı tərk etməməsinə dair yazılı iltizam almışdılar.

Bu işin istintaqı aylarla uzanmış və nəhayət Kazan məhkəməsi onu təqsirli bilmiş və 10 min rubl (100 dollar) cərimə etmişdi.

Bu hökmün çıxarılmasından bir həftə sonra, oktyabrın 18-də jurnalisti yenidən saxlamışdılar.

Rusiyanın İstintaq Komitəsi oktyabrın 26-da Alsu Kurmaşevaya qarşı rəsmi ittiham irəli sürmüşdü.

Jurnalist xarici agent kimi qeydiyyatdan keçmək vəzifəsini yerinə yetirməməkdə ittiham edilirdi.

Kiyevdə qazaxıstanlı tənqidçi jurnalist güllələnib

Aydos Sadıkov
Aydos Sadıkov

İyunun 18-də Kiyevdə naməlum şəxs iki nəfərin olduğu avtomobilə atəş açıb və sonra da qaçıb.

Bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. Atəş açan axtarılır.

"RBC-Ukrayna", habelə bir sıra Teleqram kanalları Ukraynada yaşayan qazaxıstanlı jurnalist və müxalifət fəalı, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi tənqid etməklə tanınan Aydos Sadıkova atəş açıldığını bildiriblər. Sadıkov Tokayevi rusiyapərəst mövqedə ittiham edir.

Ukrayna Baş Prokurorluğu soyadlarını çəkmədən Qazaxıstan vətəndaşına, Ukraynada qaçqın statusu olan jurnalistə sui-qəsd olunduğunu təsdiqləyib. Məlumatda bildirilir ki, sui-qəsd nəticəsində jurnalist ağır yaralanıb və hazırda xəstəxanadadır. Polis daha əvvəl onunla birlikdə avtomobildə olan həyat yoldaşının xəsarət almadığını bildirib.

Bu cütlük 2014-cü ildə onlardan Natalya Sadıkovaya qarşı cinayət işi açıldıqdan sonra Qazaxıstanın Aktobe şəhərindən Kiyevə köçüb. A. Sadıkov vətənində, deməsinə görə, siyasi motivlərlə cinayət təqibinə məruz qalıb. Ukraynada onlar qaçqın statusu alıblar. Keçən ilin payızında "Бәсе" YouTube kanalını idarə edən Aydos və Natalya Sadıkovları Qazaxıstan hakimiyyəti nifrətin qızışdırılması ittihamı ilə axtarışa verib.

Silahlı basqına, hələlik, Qazaxıstan hakimiyyətinin rəsmi münasibəti bəlli deyil.

Araşdırma: Getdikcə daha az insan xəbərlərlə maraqlanır

Xəbər reportajından kadr
Xəbər reportajından kadr

Dünyada getdikcə daha çox insan xəbərləri izləməkdən imtina edir, onu darıxdırıcı və ya depressiv adlandırır. Bu barədə "Reuters" Jurnalistika İnstitutunun (Reuters Institute for the Study of Journalism) qlobal araşdırmasında deyilir.

Bu ilin yanvar-fevral aylarında keçirilən sorğuda 47 ölkədən 95 minə yaxın insan iştirak edib. Məlum olub ki, hər 10 respondentdən 4-ü (39 faiz) bilərəkdən xəbərlərə baxmaqdan yayınır. 2017-ci ildə bu göstərici nəzərəçarpacaq dərəcədə aşağı idi – 29 faiz.

Hesabat müəlliflərinin fikrincə, insanların xəbər gündəmindən "ayrılmaq" istəyi Ukrayna və Yaxın Şərqdəki müharibələrdən qaynaqlana bilər.

Məlumatda bildirilir ki, xəbərlərdən qaçmaq istəyi indi rekord səviyyədədir.

Xəbərləri çox yaxından izlədiklərini deyən respondentlərin payı ümumilikdə dünyada 2017-ci ildəki 63 faizdən 46 faizə enib.

Böyük Britaniyada xəbərlərə maraq 2015-ci ildən bəri, demək olar ki, iki dəfə azalıb.

Tədqiqat müəllifləri qeyd edirlər ki, videoformat internetdə getdikcə daha vacib xəbər mənbəyinə çevrilir, xüsusən də gənclər arasında.

Hesabata görə, qısa xəbər videoları ən cəlbedicidir ki, TikTok da buna üstünlük verir

NATO nüvə silahını hazır vəziyyətə gətirmək istəyir

"Minuteman" qitələrarası ballistik raketi buraxılış mədənində
"Minuteman" qitələrarası ballistik raketi buraxılış mədənində

Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələr Rusiya, Çin və Şimali Koreyadan gələn təhdidlərə görə nüvə silahlarının hazır vəziyyətə gətirilməsinə dair məsləhətləşmələrə başlayıb.

Bu barədə "The Telegraph"a müsahibəsində NATO baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberqin sözlərinə görə, hazırda NATO-ya üzv ölkələr çox sayda nüvə başlıqlarının yerləşdirilməsi ilə bağlı danışıqlar aparırlar. Onun vurğulamasına görə, raketlərin anbarlardan çıxarılması və gözləmə rejiminə keçirilməsi müzakirə edilir: "Əlbəttə, NATO-nun məqsədi nüvə silahı olmayan bir dünyadır, amma bu silah var olduqca, biz nüvə ittifaqı olaraq qalacağıq. Çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu, NATO-nun isə olmadığı bir dünya daha təhlükəlidir".

NATO-nun baş katibi həmçinin bildirib ki, Çin müasir silahlara, o cümlədən 2030-cu ilə qədər min döyüş başlığına qədər yüksələcək nüvə arsenalına böyük sərmayələr yatırır.

"Bu o deməkdir ki, yaxın gələcəkdə NATO iki potensial nüvə düşməni – Çin və Rusiya ilə üzləşə bilər. Əlbəttə, bunun nəticələri olacaq", - Stoltenberq bildirib.

İyunun 17-də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dünyada nüvə silahlarına dair hesabatı açıqlanıb. Hesabat 2024-cü ilin əvvəlində doqquz dövlətin (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya) ümumilikdə 12 min 121 nüvə başlığına malik olduğunu göstərir. Onlardan 9 min yarımdan çoxu potensial istifadəyə yararlı sayılır. Təxminən 2 min 100-ü isə ballistik raketlərdə yüksək döyüş hazırlığı vəziyyətindədir. Onların az qala hamısının Rusiya və ABŞ-a məxsus olduğu bildirilir.

Hesabatda vurğulanır ki, ötən il yüksək döyüş hazırlığında olan bir neçə nüvə başlığı ilk dəfə Çində də görünüb.

Mütəxəssislərin fikrincə, Soyuq müharibədən bəri nüvə silahları indiki kimi heç vaxt belə nəzərəçarpacaq rol oynamayıb.

2024-cü ilin mayında Rusiya qeyri-strateji nüvə qüvvələrinin Belarusla birgə təlimlərinin keçirildiyini elan edib, iyunda onun ikinci mərhələsi başlayıb. O zaman Kreml bəyan edirdi ki, təlimlər NATO-ya üzv dövlətlərin nümayəndələrinin Qərb ölkələrindən Ukraynaya hərbi personal göndərilməsinin mümkünlüyü ilə bağlı son bəyanatlarına cavabdır.

Vladimir Putin Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində Rusiyanın nüvə doktrinasının dəyişdirilməsini istisna etməyib. Putin "nüvə silahı ilə oynamaq" fikrində olmadığını söyləyib, lakin sonra qeyd edib ki, Avropa bu məsələdə "az-çox müdafiəsizdir". Lakin daha sonra əlavə edib ki, işin nüvə zərbələri həddinə gəlib çatacağını düşünmür.

İsveçrə sülh sənədini 78 ölkə dəstəkləyib

Sammit iştirakçıları
Sammit iştirakçıları

İyunun 15-i və 16-sı İsveçrədə gerçəkləşən Ukrayna üzrə beynəlxalq sülh konfransının yekun sənədini 78 iştirakçı ölkə dəstəkləyib.

Sənəd konfransda müzakirə edilən üç əsas mövzuya - humanitar məsələlər, nüvə və ərzaq təhlükəsizliyinə həsr olunub.

Sammitdə 90-dan çox ölkə iştirak edib, lakin bəziləri yekun sənədə qoşulmayıb. Onların arasında Səudiyyə Ərəbistanı, Hindistan, Tailand, Meksika, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika Respublikası kimi "Qlobal Cənub" adlanan ölkələr var. Ermənistan, eləcə də müşahidəçi qismində iştirak edən Braziliya və Vatikan sənədi dəstəkləməkdən çəkinib.

Sənəd Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını birbaşa tələb etmir. Lakin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində istənilən dövlətin, o cümlədən Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyin zəruriliyindən bəhs olunur. Sammit iştirakçıları Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının Rusiyanın təcavüzünü pisləyən qətnamələrini xatırladırlar. Mətndə BMT Nizamnaməsinə və onun əsas prinsiplərinə bir neçə istinad var. Onların Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün əsas ola biləcəyi bildirilir.

Bundan əlavə, Zaporojye Atom Elektrik Stansiyasının (AES) rəsmi Kiyevin nəzarətinə qaytarılması, məhbusların "hamının hamıya" sxeminə uyğun dəyişdirilməsi, Rusiyaya aparılan uşaqların və qanunsuz olaraq çıxarılan bütün insanların Ukraynaya dönməsinin zəruriliyi vurğulanır. Bundan əlavə, Qara və Azov dənizlərində ticarət gəmiçiliyinin təhlükəsizliyinə zəmanət verilməsinin vacibliyindən, ərzaq təhlükəsizliyindən hərbi məqsədlər üçün istifadə edilməməsindən danışılır. Həmçinin bildirilir ki, Ukraynadakı müharibə kontekstində nüvə silahından istifadə ilə bağlı təhdidlər qəbuledilməzdir.

İsveçrədə Ukrayna ilə bağlı iki günlük sammitdə 100-ə yaxın ölkə və beynəlxalq təşkilat iştirak edib. Rusiya bu danışıqlara dəvət olunmayıb. Moskva onun iştirakı olmadan tədbirin heç bir mənası olmayacağını, İsveçrəni neytral ölkə saymadığı üçün dəvət alsa belə, oradakı bu prosesə qatılmayacağını bəyan edib. Moskva ilə yaxın münasibətdə olan bir sıra dövlətlər, o cümlədən Çin, Misir, Pakistan, Orta Asiya, habelə Afrika və Asiyanın bir çox ölkələri iştirakdan imtina ediblər. Azərbaycan da rəsmi dəvətə baxmayaraq, ora getməyib.

Konfrans başlamazdan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynanın ərazisinin bir hissəsindən imtina etməsini nəzərdə tutan sülh danışıqlarının başlanması üçün öz şərtlərini irəli sürüb. Kiyevdə və Qərbdə onları sülh təklifi deyil, kapitulyasiya tələbi adlandırıblar.

update

Putin Ukraynada müharibənin dayandırılması üçün şərtlərini açıqlayıb

Vladimir Putin
Vladimir Putin

Ukrayna qoşunları bu ölkənin Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalıdır.

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəs və danışıqlar üçün belə bir təklif ilə çıxış edib.

"Kiyevdə belə bir qərara hazır olduqlarını, qoşunlarını bu bölgələrdən real şəkildə çıxarmağa başladıqlarını, həmçinin NATO-ya qoşulmaqdan imtina etdiklərini rəsmi bildirdikləri anda dərhal atəşin dayandırılması və danışıqlara başlamaq əmri veriləcək", - Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə deyib.

O, sülh müqaviləsinin şərtləri kimi Krım da əlavə olunmaqla həmin dörd bölgəni Rusiyanın ilhaq etməsinin beynəlxalq səviyyədə tanınmasını, Ukraynanın neytral və nüvəsiz status almasını irəli sürüb. Sülh yolu ilə həll prosesində Qərb ölkələri, Rusiya prezidentinin fikrincə, Moskvaya qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etməlidir.

Onun sözlərinə görə, bu, münaqişənin dondurulması deyil, onun yekunlaşması ilə bağlı təkliflərdir.

Putinin bəyanatları Cenevrədə 80-ə yaxın ölkənin qatılacağı sülh sammiti ərəfəsində səslənib.

+++

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Rusiya dövlət başçısı Vladimir Putinin açıqladığı şərtləri rədd edib.

Podolyak deyib ki, Putinin səsləndirdiyi müddəalarda həqiqi dinc təkliflər, müharibəni bitirmək istəyi yoxdur, "ancaq müharibənin bədəlini ödəməmək və yeni formatlarda davam etdirmək istəyi var".

Avropa İttifaqı Çindən gələn elektromobillərə rüsumu artırır

Çin elektrik avtomobili
Çin elektrik avtomobili

Avropa Komissiyası (AK) çərşənbə günü, iyunun 12-də Çin istehsalı olan elektrik avtomobillərinə 38.1 faizə qədər rüsumlar tətbiq etdiyini açıqlayıb. Qərar iyulun 4-dən qüvvəyə minməlidir. Pekin isə qarşı tərəfi Avropa mallarının bir neçə kateqoriyası ilə bağlı cavab tədbirləri ilə hədələyib.

Avropa Komissiyası Çində elektrik avtomobillərinin istehsalı ilə bağlı aylardır davam edən araşdırmadan sonra rüsumları kəskin şəkildə artırmaq qərarına gəlib (hazırda 10 faizdir). Audit göstərib ki, istehsalçılar Avropa İttifaqına (Aİ) ucuz qiymətlərlə elektriklə işləyən avtomobillər tədarük etməyə imkan verən geniş dövlət subsidiyaları alırlar. Avropa Komissiyasının sədr müavini Marqaritis Sxinasın sözlərinə görə, belə dempinq Avropanın elektromobil istehsalçıları üçün təhlükə yaradır.

AK-nın yeni qərarına əsasən, araşdırmaçılara məlumat verən istehsalçı şirkətlərin elektrik maşınlarına Avropada 21, məlumat verməyənlərə isə 38.1 faiz rüsum tətbiq olunacaq. Bu, təkcə Çin şirkətlərinə deyil, Çin zavodlarında avtomobil istehsal edən xarici şirkətlərə də aiddir.

Çin Ticarət Palatası Avropa Komissiyasının qərarı ilə razılaşmadığını bildirib. O, hökumət subsidiyaları ilə bağlı araşdırmanı "cadugər ovu" adlandırıb. Bundan əvvəl Çin Ticarət Nazirliyi Brüsselə xəbərdarlıq etmişdi ki, Avropadan təyyarələrin və kənd təsərrüfatı məhsullarının Çinə idxalı ilə bağlı məhdudlaşdırıcı tədbirlər onun qeyri-dost addımlarına cavab ola bilər. Çin həmçinin, Fransanın şərab sənayesini, yəni konyak istehsalçılarını yoxlamağa başlayıb. Çin fransız konyakının ABŞ-dən sonra ikinci ən böyük idxalçısıdır.

Malavinin vitse-prezidentinin təyyarəsinin qalıqları meşədə tapıldı

Saulos Çilima
Saulos Çilima

Malavinin vitse-prezidenti Saulos Çilima və daha doqquz nəfərin uçduğu təyyarənin qalıqları meşədə tapılıb. Sağ qalan yoxdur.

Bu barədə Malavi prezidenti Lazarus Çakvera televiziya ilə xalqa müraciətində bildirib .

Radarlardan itib

Malavinin vitse-prezidenti Saulos Çilima və daha doqquz nəfəri daşıyan təyyarə radar ekranlarından itib. Bu barədə Malavi prezidentinin ofisi məlumat yayıb.

Malavi ordusuna məxsus təyyarə dünən səhər paytaxt Lilonqve hava limanından uçduqdan sonra yoxa çıxıb.

Aviasiya rəsmilərinin təyyarə ilə əlaqə yarada bilməməsindən sonra prezident axtarış-xilasetmə əməliyyatına göstəriş verib.

Təyyarə yerli vaxtla səhər saat 10:00 radələrində ölkənin şimalındakı Mzuzu beynəlxalq hava limanına enməli idi.

Hadisədən xəbər tutan Malavi prezidenti Lazarus Çakvera Baham adalarına uçuşunu ləğv edib.

Yerevanda yenidən sinaqoqa hücum olub

Yerevanda sinaqoqa hücumun nəticələri
Yerevanda sinaqoqa hücumun nəticələri

Yerevanda naməlum şəxslərin iyunun 11-nə keçən gecə sinaqoqa hücum etdikləri bildirilir.

Bu barədə Ermənistanın yəhudi icmasının nümayəndələri məlumat veriblər. Teleqram kanallarında yayımlanan fotoşəkillərdə daşla qırılan bir pəncərə və şüşə parçaları görünür.

Dini mərkəzə qəsdən ziyan vurmaqla hücum faktı ilə bağlı cinayət işi açılıb.

Ermənistan paytaxtında yeganə sinaqoqa edilən bu hücum ötən ilin oktyabrından bəri dördüncü belə hadisədir.

İsrail mediası bütün bunlara görə hakimiyyətin reaksiyasının olmamasından narahatdır. Həmin media orqanlarında ravvinlər və israillilərin sosial şəbəkələrdə təhdid olunması halları xatırladılır. Qeyd edilir ki, binaya od vurmağa çalışan canilər hələ də tapılmayıb.

Ermənistan rəsmiləri isə bildirib ki, söhbət turistdən - Rusiya vətəndaşından gedir, lakin bu barədə heç bir məlumat dərc etməyib.

Dünyada antisemit əhval-ruhiyyənin artması ötən ilin oktyabrından müşahidə edilir. O zaman İsrail ordusu İsrailin cənubuna hücuma cavab olaraq Qəzza zolağında ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan HƏMAS qruplaşmasına qarşı hərbi əməliyyata başlayıb.

Min 200-dən çox insan HƏMAS-ın hücumunun qurbanı olub, 250-dən çox insan girov götürülərək Qəzzaya aparılıb. İsrail həbsxanalarından fələstinli məhbuslar ilə mübadilə çərçivəsində onlarla girov azad edilib.

Dünyanın bir çox ölkəsi İsrail hökumətini Qəzza əhalisinə qarşı qəddarlıqda günahlandırır. HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hərbi əməliyyatlar zamanı əksəriyyəti mülki şəxslər olmaqla 37 minə yaxın insan həlak olub.

İsrail ordusu HƏMAS-ı sakinlərdən canlı qalxan kimi istifadə etməkdə günahlandırır.

update

Yerevanda etirazçılar parlamentin qarşısında çadırlar qurublar

"Vətən uğrunda Tavuş" hərəkatının iştirakçıları Baqramyan prospektini bağlı saxlamaqda davam edirlər
"Vətən uğrunda Tavuş" hərəkatının iştirakçıları Baqramyan prospektini bağlı saxlamaqda davam edirlər

Ermənistan Milli Assambleyasının Şurası parlamentin iki müxalif fraksiyasının vəsatətini rədd edib.

"Ermənistan" və "Şərəfim var" fraksiyaları bu gün, iyunun 10-da Şuraya hökumətin istefası tələbi ilə növbədənkənar iclasın çağırılması ilə bağlı təklif təqdim etmişdilər.

Milli Assambleyanın spikeri Alan Simonyan bunda məna görmədiklərini bildirmişdi. Onun sözlərinə görə, xalq hökumət və baş nazirə etimad göstərir.

+++

İyunun 9-da Ermənistanda hökumət əleyhinə genişmiqyaslı mitinqin keçirildiyi paytaxt Yerevanda "Vətən uğrunda Tavuş" hərəkatının tərəfdarları parlament binası qarşısında çadırlar quraraq orada gecələyiblər.

İyunun 10-na keçən gecə hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə yürüş iştirakçıları parlament binasını mühasirəyə alıblar. Etirazçılar və giriş-çıxışları bağlayan polislər arasında lokal toqquşmalar olub.

Daha sonra aksiya iştirakçılarının bir hissəsi hökumət daçaları kompleksinə gedib, burada onları da polislər qarşılayıb. Səhər saatlarında hər iki etirazçı qrup parlament binası qarşısında birləşib. Orada çadırlar qurulub.

Hərəkatın başçısı, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan vətəndaşları hakimiyyətə "öz iradələrini qəbul etdirmək üçün" iyunun 10-da itaətsizlik aksiyasına başlamağa çağırıb: "Dörd gün, 96 saat fasiləsiz, istirahət etmədən, işə getmədən küçədə qalsaq və iradəmizi ortaya qoysaq, məsələni həll edə bilərik".

Ermənistanda Nikol Paşinyan hökumətinin istefası tələbi ilə nümayişlər bir neçə həftə əvvəl, Yerevan və Bakı bu ölkənin Tavuş bölgəsində sərhədin müəyyən edilməsi ilə bağlı razılığa gəldikdən sonra başlayıb.

İranda prezident seçkilərinə altı namizəd buraxılıb

İranda prezidentliyə namizədlər
İranda prezidentliyə namizədlər

İran Konstitusiyasının Keşikçilər Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün altı namizədi təsdiqləyib. Şura namizədliyini irəli sürənlərin əksəriyyətini qeydə almaqdan imtina edib. O cümlədən keçmiş prezident Mahmud Əhmədinejad və parlamentin keçmiş sədri Əli Laricani namizədlər siyahısına düşməyiblər.

İranın əvvəlki prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması səbəbindən seçkilər vaxtından əvvəl keçirilir.

Seçkilərə buraxılan namizədlər arasında nüvə sazişi üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik etmiş Səid Cəlili də var. O, İranın ali dini lideri Ayətullah Xameneiyə yaxın ultra-mühafizəkar kimi tanınır. Seçkilərin favoriti sayıla biləcək daha iki mühafizəkar - vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi və parlamentin hazırkı sədri Məhəmməd Bağer Qalibafdır.

Deputat Məsud Pezeşkian islahatçılara aid edilən yeganə namizəddir. Keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi və Tehran meri Əlirza Zəkani də seçkilərdə iştirak edəcəklər.

Konstitusiya Keşikçiləri Şurası altı hüquqşünas və altı ruhanidən ibarətdir, ali rəhbərin iradəsinin icraçısı hesab olunur.

İranın dövlət başçısı ali rəhbər Seyid Əli Xameneidir. Prezident xüsusilə xarici siyasət sahəsində çox məhdud səlahiyyətlərə malik icra hakimiyyəti başçısıdır.

Makron parlamenti buraxır

Fransa Prezidenti Emmanuel Makron xalqa müraciət edir
Fransa Prezidenti Emmanuel Makron xalqa müraciət edir

Fransa prezidenti Emmanuel Makron ölkə parlamentinin aşağı palatası - Milli Assambleyanı buraxıb. O, Fransada "Milli Birlik"dən olan sağçı populistlərin inamlı qələbə qazandığı Avropa Parlamentinə seçkilərin ilkin nəticələrinə belə reaksiya verib.

Parlament seçkilərinin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

29 yaşlı Jordan Bardellanın rəhbərlik etdiyi Marin Le Pen tərəfdarları partiyası, ekzitpollara görə, Avropa Parlamentinə seçkilərdə Makron tərəfdarlarını iki dəfədən çox qabaqlayıb. Bardella bundan əvvəl Makronu Milli Assambleyanı buraxmağa və yeni seçkilər təyin etməyə çağırmışdı. Üçüncü yerdə sosialist koalisiyasıdır. İfrat sağçı "Rekonkista" partiyası da uğur qazanıb.

Makron çıxışında sağçıların uğuruna heç nə olmamış kimi reaksiya verə bilməyəcəyini bildirib. "Səsvermə ilə sizə yenidən seçim etmək imkanı vermək qərarına gəldim", - prezident bildirib. Onun sözlərinə görə, "millətçilərin və demaqoqların yüksəlişi millətimiz, Avropamız, Fransanın Avropa və dünyada tutduğu yer üçün təhlükə yaradır". "Demokratiyamıza əminəm: qoy suveren xalq öz sözünü desin", - o əlavə edib.

Parlamentin hazırkı çağırışında Makron tərəfdarları çoxluğa malik deyillər, lakin sağ və sol mərkəzçilərin bir hissəsinin dəstəyi sayəsində hökumət qura biliblər. "Milli Birlik" ən böyük müxalifət fraksiyasıdır. Beşinci Respublika tarixində elə hallar olub ki, parlament seçkilərinin nəticələrinə görə prezident öz siyasi rəqibini baş nazir təyin etməli olub. O cümlədən Fransua Mitteranın dövründə hökumətə bir müddət Jak Şirak rəhbərlik edib.

Bütövlükdə Avropa Parlamentinə seçkilərdə sağ mərkəzçi Avropa Xalq Partiyası liderlik edir. Makron tərəfdarlarının daxil olduğu "Avropanın Yenilənməsi" partiyası, görünür, Avropa Parlamentində bir neçə yer itirəcək, ifrat sağçılar isə, əksinə, güclənəcək.

Rusiya gəmiləri Kubaya yan alır

"Admiral Qorşkov" freqatından "Tsirkon" hipersəs raketinin buraxılması
"Admiral Qorşkov" freqatından "Tsirkon" hipersəs raketinin buraxılması

Kuba hakimiyyəti gələn həftə "Kazan" nüvə sualtı qayığı və "Admiral Qorşkov" raket freqatı da daxil, dörd Rusiya gəmisinin Havanaya gələcəyini elan edib. Eyni zamanda, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin nüvə silahı daşımadığı və bölgə üçün təhlükə yaratmadığı vurğulanıb.

Bu barədə "Reuters" xəbər verir.

"Səfər Kuba ilə Rusiya arasında tarixən formalaşmış dostluq münasibətlərinə uyğundur", - Kuba Xarici İşlər Nazirliyinin iyunun 6-da yaydığı bəyanatda bildirilir.

İyunun 5-də ABŞ administrasiyasındakı mənbə də Rusiyanın Karib hövzəsinə, o cümlədən Venesuela və Kubadakı müttəfiqlərə dəniz təlimləri keçirmək üçün hərbi gəmilər göndərmək planlarından bəhs etmişdi.

Vaşinqton və Moskva arasındakı gərginlik Rusiya ordusunun 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı təcavüzündən sonra kəskin şəkildə artıb. Vaşinqtonda Birləşmiş Ştatların Ukraynaya dəstəyi səbəbindən Atlantika okeanında Rusiya donanmasının fəallığının artmasına diqqət çəkirlər.

ABŞ-da az sayda təyyarə və gəminin gözlənilən gəlişini təhlükə hesab etmədiklərini, lakin Hərbi Dəniz Qüvvələrinin təlimləri izləmək niyyətində olduğunu vurğulayıblar.

Kuba rəhbərliyinin məlumatına görə, Rusiya gəmilərinin Havanaya iyunun 12-dən 17-dək çatması gözlənilir.

"Soyuq müharibə" dövründə Kubada, ABŞ sahillərinin yaxınlığında həm adi, həm də atom silahları ilə təchiz edilən Sovet bölmələrinin yerləşdirilməsi 1962-ci ildə Karib böhranına səbəb olmuşdu. Bu, qlobal nüvə müharibəsinə gətirib çıxara bilərdi. Lakin sonradan SSRİ-nin nüvə başlıqlarını geri çəkməsi ilə böhran aradan qalxmışdı.

Putin Qərbi düşmənlərinə raketlər göndərməklə hədələyir

Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Qərbin ölkəsinin dərinliklərinə endirilən raket zərbələrinə "asimmetrik cavab"dan bəhs edib. O deyib ki, Moskva Qərb düşmənlərinə uzaqmənzilli silahlar verməyə başlaya bilər.

Xarici agentliklərin redaktorlarına müsahibəsində Putin vurğulayıb ki, yüksək dəqiqlikli Qərb raketləri ilə hədəflərin seçilib vurulması Qərb hərbçilərinin iştirakı olmadan mümkün deyil.

"Əgər kimsə ərazimizə zərbə endirmək, bizə problem yaratmaq üçün döyüş zonasına bu cür silahlar göndərməyi mümkün sayırsa, niyə Rusiyaya qarşı bunu edən ölkələrin həssas obyektlərinə zərbələr endiriləcək bölgələrə eyni sinifdən olan silahlarımızı çatdırmayaq", - Putin sual edib.

Putin Rusiya raketlərinin kimə verilə biləcəyini açıqlamayıb. ABŞ hərbi bazalarına İranın dəstəklədiyi hərbiləşdirilmiş qruplar bir neçə dəfə hücum edib. Habelə Qərb ticarət gəmilərini Yəməndə husilərin silahlı birləşmələri tez-tez hədəf seçir. Hücumlarda daha çox İran raketləri və dronlarından istifadə olunur. Moskvanın özü bu silahları Tehrandan almaqda maraqlıdır.

Bundan əlavə, Moskvaya dost olan Şimali Koreya Cənubi Koreya və Yaponiyaya doğru raketlər buraxıb. Qərb kəşfiyyatının məlumatına görə, Rusiya da Pxenyandan raket sistemləri alıb. İyunun 5-də verdiyi müsahibədə Putin əlavə edib ki, Rusiya Cənubi Koreyanın Ukraynaya birbaşa silah tədarük etməməsini yüksək qiymətləndirir.

Putin dünyanı nüvə silahı ilə təhdid etmədiyini bildirib. Amma Rusiyanın taktiki nüvə silahlarının 70-75 kiloton gücə sahib olduğunu vurğulayıb: "Gəlin nəinki istifadə, hətta istifadə təhlükəsi həddinə çatdırmayaq. Nədənsə Qərbdə düşünürlər ki, Rusiya bundan heç vaxt istifadə etməyəcək".

NATO ilə mümkün hərbi münaqişəni şərh edən Putin Rusiyanın hücumunu qeyri-mümkün hesab etdiyini açıqlayıb: "Uydurublar ki, Rusiya NATO-ya hücum etmək istəyir. Tamamilə dəli olmusunuz? Bu masa kimi axmaqsız?", - o, masanı döyərək soruşub: "Bu cəfəngiyatdır, sayıqlamadır... bürqerlər üçün lərzədardır".

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı təcavüzə başlayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Ukraynada müharibənin iki ilində on mindən çox insan həlak olub, 20 minə yaxın insan isə yaralanıb. Milyonlarla insan bu ölkədən didərgin düşüb.

Davamı

XS
SM
MD
LG