Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:45

Terrorçuluq ittihamları ilə 18 illik həbsə məhkum edildi


İnquşetiyada etiraz, arxiv fotosu

Rusiyada məhkəmə Şimali Qafqazın Kabardino-Balkariya regionundan bir nəfəri terrorçuluq ittihamları ilə 18 illik həbsə məhkum edib.

Rostov-na-Donu şəhərindəki Şimali Qafqaz Regional Hərbi Məhkəməsi martın 5-də Vladislav Khokhlachyov-u “banditlik”də və regionda terror hücumu planlaşdırmaqda təqsirli bilib.

Rusiyanın əsasən müsəlmanlar yaşayan Şimali Qafqaz regionunda təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında ara-sıra münaqişələr yaranır. Sovet İttifaqı dağılandan sonra Kabardino-Balkariyadan şərqdə yerləşən Çeçenistanda iki separatçı müharibə baş verib.

Dağıstan, İnquşetiya və Qaraçay-Çərkəz də narahat bölgələr sırasındadır.

Şimali Qafqazdakı islamçı yaraqlılar tez-tez polis və hökumət rəsmilərinə hücumlar təşkil edir.

Regiondakı bəzi yaraqlılar İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına sadiqliyini bildirib.

XS
SM
MD
LG