Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:45

Hillary Clinton prezidentliyə namizədliyini verməyəcəyini deyir


Hillary Clinton

2016-cı ildə ABŞ prezidentliyinə namizəd olmuş keçmiş dövlət katibi Hillary Clinton deyir ki, gələn il bu posta yenidən namizədliyini verməyəcək.

Clinton bunu martın 4-də Nyu York şəhərində bir telekanala müsahibəsində deyib.

“Mən işinmi, çıxışlarımı, inandıqlarımın müdafiəsini davam etdirəcəyəm”, – o deyib.

“Hazırda ölkəmizdə baş verənlər məni dərindən narahat edir”, – Clinton vurğulayıb.

Gələn il keçiriləcək seçkiyə artıq 10-dan artıq demokrat konqresmen, qubernator və digərləri qatılmaq niyyətini bildirib.

Onların sırasında Clinton-un 2016-cı ilin praymeriz seçkisində məşğul etdiyi Senator Bernie Sanders də var.

Prezident Donald Trump niyyətini hələ açıqlamasa da, onun ikinci müddətə namizədliyini verəcəyi gözlənir.

XS
SM
MD
LG