Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Poroshenko yaxın müttəfiqini işdən çıxarır


Kiyevdə etiraz aksiyası, 2 mart, 2019-cu il
Kiyevdə etiraz aksiyası, 2 mart, 2019-cu il

Ukrayna Prezidenti Petro Poroshenko yaxın müttəfiqi Oleh Hladkovskyy-ni işdən çıxarıb. O, Milli Təhlükəsizlik və Müdafiə Şurası sədrinin birinci müavini idi. İşdən çıxarılmaya Hladkovskyy-nin oğlunun Rusiyadan hərbi avadanlıq ehtiyat hissələri qaçaqmalçılığında əli olmasına dair iddialar səbəb olub.

Poroshenko martın 4-də Twitter-də yazıb ki, Hladkovskyy hərbi və texniki əməkdaşlıq və ixraca nəzarət siyasəti üzrə nazirliklərarası komissiyanın sədri vəzifəsindən də kənarlaşdırılıb.

Petro Poroshenko
Petro Poroshenko

ŞİRKƏTLƏRDƏN BİRİ POROSHENKO-YA MƏXSUS OLUB

Bir həftə öncə Bihus.Info portalının Nashi Hroshi (Bizim Pulumuz) proqramı iddia edib ki, Hladkovskyy-nin oğlu Ihor 2015-ci ildə Rusiyadan hərbi avadanlıq hissələrinin qaçaqmalçılığı üçün şəbəkə təşkil edib. Bundan bir il öncə isə Moskva Ukraynanın Krım yarımadasını tutmuş, Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarında rusiyapərəst separatçıları dəstəkləməyə başlamışdı.

Məlumatda iddia olunurdu ki, dövlət müdafiə obyektləri Ihor Hladkovskyy və onun dostlarına bağlı özəl şirkətlərdən qaçaqmal ehtiyat hissələrini yuxarı qiymətə alıblar. İddiaya görə, Ukroboronprom dövlət konserni bu hissələrin mənşəyini bilib, amma onları almağa razılaşıb.

Ihor Hladkovskyy və iki ortağının bu yolla 9,2 milyon dollar əldə etdiyi iddia olunurdu. Bu işin gerçəkləşdirildiyi üç böyük özəl şirkətdən birinin isə o zaman Poroshenko-ya məxsus olduğu bildirilir.

2014-cü ildə rusiyapərəst Viktor Yanukovych Rusiyaya qaçandan sonra Poroshenko hakimiyyətə gəlib. 31 mart prezident seçkisi öncəsi o, özünə ictimai dəstəyin azalmasını önləməyə çalışır.

Artıq iddialar üzrə araşdırma başlanıb.

Ukraynada prezident seçkisi davamlı iqtisadi problemlər və müharibənin getdiyi bir dönəmə təsadüf edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG