Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:10

Əfqanıstanda daşqınlarda azı 32 nəfər ölüb


Qəndəharda daşqın

Əfqanıstanda qəfil daşqınlarda azı 32 nəfərin həlak olduğu xəbər verilir.

Helmand vilayətində 12 nəfər ölüb, 8 nəfər yaralanıb.

Leysan yağışların törətdiyi daşqınlar nəticəsində 2 mindən artıq evə ziyan dəydiyi bildirilir.

Qonşu Qəndəhar vilayətində daşqınlarda isə 20 nəfər həlak olub, 2 min ev dağılıb. Azı 10 nəfərin itkin düşdüyü xəbər verilir. Bu açıqlamanı BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsi verib.

Son bir neçə gündə Əfqanıstana yağan yağış və qarın həcmi artıb.

XS
SM
MD
LG