Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:12

Əfqanıstan fələstinli qaçqınlara 1 milyon dollar ayırır


Pierre Kraehenbuehl (solda) Fələstin icmasının liderləri ilə görüşür

Əfqanıstan hökuməti fələstinli qaçqınları dəstəkləyən BMT agentliyinə (UNRWA) 1 milyon dollar ayırıb.

Martın 3-də İstanbulda keçirilən mərasimdə Əfqanıstanın Türkiyədəki səfiri Abdul Rahim Sayed Jan ianəni BMT təmsilçisi Pierre Kraehenbuehl-a təqdim edib.

Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu Kabilin əfqan xalqının çətinliklərinə baxmayaraq belə bir addım atmasını alqışlayıb, deyib ki, ölkə “beynəlxalq qardaşlığa çox gözəl örnək olan nəcib bir hərəkət” sərgiləyib.

ABŞ ötən ilin avqustunda elan edib ki, BMT-nin bu yardım agentliyinin maliyyəsini kəsir.

O zaman Fələstin liderləri bu qərarı pisləmişdilər. Prezident Mahmud Abbas bunu Fələstin xalqına “biabırçı hücum” adlandırmışdı.

UNRWA 5 milyon fələstinli qaçqına xidmət göstərdiyini bildirir. Qurumun illik büdcəsi 925 milyon dollara yaxındır, beynəlxalq ianələr hesabına formalaşır.

XS
SM
MD
LG