Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:59

Generallar Suriyaya görə bir araya gəlir


Joseph Dunford (solda) və Valery Gerasimov, iyun, 2018-ci il

Bu gün – martın 4-də ABŞ və Rusiyanın aparıcı generalları bir araya gələrək Suriyadakı durumu müzakirə edəcək.

Birləşmiş Ştatların Baş qərargah rəisi, general Joseph Dunford rusiyalı həmkarı Valery Gerasimov-la Vyanada görüşməlidir.

“İki hərbi lider Suriyada koalisiya ilə Rusiyanın əməliyyatlarının toqquşmamasını müzakirə edəcək, ABŞ-Rusiya hərbi münasibətləri, Avropada mövcud beynəlxalq təhlükəsizlik durumu və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaq”, – ABŞ Baş qərargahının sözçüsü, polkovnik Patrick Ryder deyib.

Prezident Donald Trump dekabrda elan elədi ki, Suriyadakı 2 min əsgəri çıxaracaq. Prezident İŞİD yaraqlılarının məğlub edildiyini, əsgərlərə daha ehtiyac qalmadığını bildirdi və bu açıqlaması konqresmenləri, eləcə də beynəlxalq müttəfiqləri təəccübləndirdi.

Bu qərar böyük tənqidlə üzləşdi. Ağ ev ötən ay planlarına aydınlıq gətirərək bildirdi ki, Suriyadakı kürdlərin qorunması üçün burada 400 “sülhməramlı” saxlayacaq.

Rusiya və İran Suriya Prezidenti Bashar al-Assad hökumətini, Türkiyə isə fərqli üsyançı qrupları dəstəkləyir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən Moskvayla Vaşinqtonun münasibətlərinə ciddi ziyan dəyib.

XS
SM
MD
LG